Makron Avstraliya Baş nazirinin arvadını «dadlı» adlandırıb! - Tərcümə səhvi, yoxsa?...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron Sidneydəki çıxışı zamanı Avstraliyanın Baş naziri Malkolm Ternbullun arvadı Lyüsi Ternbullu «dadlı» adlandırıb. Görünür ki, prezident ingilis dilindəki «delic» kəlməsindən düzgün istifadə etməyib.

«Vanity Fair» nəşrinin məlumatına görə, xoşagəlməz hal iki ölkə liderinin Sidneydə keçirdiyi mətbuat konfransında yaşanıb. Məlum olduğu kimi, Fransa Prezidenti bu ölkəyə rəsmi səfərə gəlib.

«Mən, qonaqpərvərliyinizə görə, sizə və sizin «dadlı» arvadınıza təşəkkür edirəm» - deyə, jurnal Makrondan sitat gətirir.

Fransa Prezidentinin bu sitatına KİV-in bir çoxu və sosial şəbəkə geniş yer ayırıb. Müzakirəçilərin bəziləri qeyd ediblər ki, Fransa Prezidenti güman ki, çaşıb və fransız dilindəki «delicieux» kəlməsini düzgün tərcümə etməyib. Həmin kəlmə eyni zamanda «heyranedici və ilhamverici» anlamına gəlir. Bu kəlmə ingilis dilində hər şeydən əvvəl yeməyə aid edilir.

Görünür, Frasa prezidentinin könlünə makaronlu qulyaşın dadlı (ləzzətli) ceyran əti düşübmüş...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar