Auditorlar Palatasının sədri UNEC tələbələri qarşısında
UNEC-də Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun iştirakı ilə elmi seminar keçirilib.“Elmi-tədqiqat ili” çərçivəsində keçirilən seminara “Mühasibat uçotu və audit” kafedrasının professor-müəllim heyəti, Maliyyə və mühasibat fakültəsinin tələbələri qatılıblar.
Professor V.Novruzov “Şəffaflığın təmin olunmasında hesabatlılığın və auditin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, dünya iqtisadiyyatında baş verən təlatümlərin iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırdığını bildirərək, bunların içərisində şəffaflığın yüksəldilməsi, hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsinin müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Müzakirələrlə davam edən seminarda təkliflər səsləndirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.