“Moody’s” “ABB Moskva”ya verdiyi reytinqləri geri çağırıb

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin Rusiyadakı törəməsinə (“ABB Moskva”) verdiyi reytinqləri geri çağırıb.

“Report xəbər verir ki, agentlik bunu biznes maraqları ilə izah edib.

Qeyd edək ki, söhbət "ABB-Moskva"ya yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli depozit, eləcə də uzunmüddətli və qısamüddətli qarşılıqlı risk reytinqlərindən gedir.

Xatırladaq ki, "ABB Moskva” 2002-ci ildə yaradılıb və səhmləri 100% ABB-yə məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar