Ermənistanda polis polkovniki banka qumbara ilə hücum edib - VİDEO

Ermənistanda polis polkovniki HSBC bankının filialına hücum edib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.

Bıçaq, qumbara və tüfənglə silahlanmış şəxsin banka hücumu nəticəsində mühafizə xidmətinin iki əməkdaşının yaralanması barədə polisə məlumat daxil olub. Yaralanan əməkdaşlardan biri ölüb. Cinayəti törədən şəxs pulları oğurlayaraq hadisə yerindən qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. Saxlanma zamanı təqsirləndirilən şəxs polisə müqavimət göstərib.

Polisdən bildiriblər ki, hadisəni törədən şəxs Dövlət Yol Polisinin video müşahidə mərkəzinin direktoru, polis polkovniki Daniel Danielyandır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar