Milli Məclis sədrinin maaşı 2475, deputatların maaşı 1732 manata qədər artırılır

Milli Məclis (MM) deputatlarının maaşı artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilir.

Maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-05-03 18:37:09

Azpolitika. xahiş edirəm mənim şərhimi göstərəsiniz.

Bayram 2018-05-03 18:37:09

"Milli Məclis sədrinin maaşı 2475, deputatların maaşı 1732 manata qədər artırılır". Camaatı özünüzə güldürməyin. Bəs onların aldığı paketlər? Bu qədər maaşa görə Elşad Abdullayev 1 000 000 manat (köhnə kursla hətta 1 282 051 $ ) pul verməyə razı olardimi? İndi hesablayın 1 000 000 manat rüşvət verib 1732 manat alan duputat bu pulu xərcləməsə 1 000 000/1732=577.367 aya və ya 577.367/12=48 ilə qaytara bilərdi.Özünüz fikirləşin hansı gic ayda 1732 manat almaq üçün 1 000 000 manat rüşvət verər ey mənim xalqım?

Pensiyaçı 2018-05-03 18:37:09

Bəs niyə müavinət və pensiya alanlar yada düşmür? ....

Son yazılar