Konstitusiya Məhkəməsi hakimlərinin maaşı artırılır

Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin maaşı artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edilir.

Qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manat olacaq. Hazırda bu rəqəm 2 120 manatdır.

Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir, yəni 2 101 manata qaldırılacaq.

Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir, yəni 1 985 manat olacaq.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərtdə tutulur.

635x100

Şərhlər

Elşad 2018-05-03 18:41:04

Onların hamısının obyektləri - klinikaları, şadlıq evləri, marketləri, kafeləri və çoxlu var dövlətləri var. Heç onların əmək haqlarına ehtiyacları da yoxdur. O cümlədən onlar kimi bütün hakim və prokurorların.

Son yazılar