Parisdə atışma: iki nəfər yaralandı

Paris ətrafında naməlum şəxs atəş açıb.TASS xəbər verir ki, bu barədə "Parizyen" qəzeti yazıb. Hadisə Anyer-sür-Sen və Kolomb şəhərlərinin arasında yerləşən küçədə baş verib.

Cani qara geyimdə və maskada olub. O, iki nəfəri – itlə gəzən 23 yaşlı gənci və yaxınlıqdan keçən 85 yaşlı qadını yaralayıb. Hədəfin gənc oğlan olduğu ehtimal edilir. O, ayağından güllə yarası alıb.

Ərazi mühasirəyə alınıb, maskalı şəxsin yeri hələ ki, bilinmir. İlkin olaraq, hadisənin terrorla əlaqəli olmadığı qeyd edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar