GÖMRÜKDƏ KADR DƏYİŞİKLİKLƏRİ - Səfər Mehdiyev idarə rəislərinin yerini dəyişib

Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi baş verib. AzVision.az-ın məlumatına görə, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb.

Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.

Qeyd edək ki, Pərviz Rəhimov azərbaycanlı oliqarx-milyarder İlham Rəhimovun qohumudur. Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev mətbuata açıqlamasında qurumda ciddi islahatların aparılacağını bəyan edib.

635x100

Şərhlər

Mehdi 2018-05-04 11:36:06

Kendde yasayanlar bilir.Mal heyvanlarin hemise tez tez horuslerini deyiserler.Cunki o horusler otlanandan sonra gerekdirki yerleri deyisdirilsin.Men misal ucun deyirem ey, tehqir etmirem.

mamed 2018-05-04 11:36:06

meselen Israil. gomrukde deyil, amma gomruyun de esl rehberi olan basqa nazirliyin rehber iscisi. bir balaca arasdirilsa goreceksiz ki kimdi, nedir.

Anar-göyçəliyə 2018-05-04 11:36:06

Yazıq Aydın müəllim çuçela kimi orada oturdulmuşdu.Oni kim oyturtduğu da hamıya məlumdur.Aydın müəllim təmiz adamdır.Gömrükdə qurdlar var və onlar qalıb.Ona görə oradan dövlətə və millətə faydalı ola biləcək islahat gözləmək tapılmayan şeyi axtarmağa bənziyir.

anar- goyceli 2018-05-04 11:36:06

gomrukun sahibi ele sefer mehdiyev idi. guya ne deyisdi ki..

Qüdrət Elolu 2018-05-04 11:36:06

Səfər Mehdiyev hər nə etsə qanuni və əsaslı görünəcək. Mirəli müəllim demişkən toplananların yerini dəyişəndə cəm dəyişmir.

Sahibkar 2018-05-04 11:36:06

Dəyirman bildiyini edəcək,heç çax-çux başını da ağrıtmasın deyə yerdəyişmələr edilir.Ay insanlar, yerdəyişmə nə vaxtdan kadr islahatı olub? Elə düşünürsünüz millət bunu anlamır? Ola bilsin Siz anlamırsınız ki,bunu islahat adlandırırsınız.Təmizləmə təmiz olur.Bəsdir də,rüşvətdən,özbaşınalıqdan insanlar bezib. Kalkulyatotrla hesablayırsan bir avto üçün 3800 çıxır,gömrüyə gəlirsən 7000 tələb edirlər.Budurmu islahat!

Mirəli 2018-05-04 11:36:06

Toplananların yerini dəyişməklə cəm dəyişmir.Bu dəyişmə nə verəcək ki, Keçəl Həsən,Həsən keçəl.Bu ki,insanları aldatmaqdır.Bu kadr islahatı deyil.Gömrükdən qohumları,Naxçıvan klanını uzaqlaşdırmasanız boşuna lovğalanırsınız.Bu xırda-para yerdəyişməlr adam aldatmadır ki,kişilər islahat edir.e

Məmməd 2018-05-04 11:36:06

Struktur islahatları tam sürətlə davam edir...

Son yazılar