BAŞÇI MÜAVİNİ ÖZ KABİNETİNDƏ SAHİBKARI DÖYÜB! - "Kəllə ilə sifətimə zərbə endirdi..."

Qax rayon İcra Hakimiyyəti Başçısının müavini Elbrus Tağıyev öz xidməti kabinetində iş adamını döyüb. Rayondakı mənbənin "AzPolitika.info"ya verdiyi məlumata görə, hadisə mayın 2-də baş verib, hazırda Qax Rayon Prokurorluğunda araşdırılır.

Məlumata görə, icra başçısının müavini rayonda "Qax" sularını istehsal edən müəssisələrdən birinin sahibi olan Mustafa Muxtarova xəsarət yetirib. İş adamı icra başçısının müavinindən prokurorluğa şikayət edib.

Qarabağ döyüşlərinin iştirakçısı, 3 dəfə Qax Bələdiyyəsinin üzvü seçilmiş, rayonda əhali arasında hörmət sahibi olan 54 yaşlı M.Muxtarov "AzPolitika.info"ya açıqlamasında məlumatı təsdiq edib. Sahibkar bildirib ki, mayın 1-də Elbrus Tağıyev ona zəng vuraraq, qayınanasına məxsus mağaza ilə bağlı onu İcra Hakimiyyətinə dəvət edib. Mayın 2-də saat 10 radələrində E.Tağıyevin qəbulunda olarkən rayonun baş arxitektoru və başqa bir nəfər də kabinetdə olub. İcra başçısının müavini M.Muxtarova bildirib ki, ərazi ilə bağlı başqa bir şəxs onlardan şikayət edib, guya həmin adamın əlində qanuni sənədi var. "Mən bu zaman etiraz etdim, bildirdim ki, əlində cizgi sənədi varsa məhkəməyə müraciət etsin. Siz niyə bu işə qarışır və bizə təzyiq edirsiniz. Elbrus Tağıyev məni etirazımdan sonra özündən çıxdı, yerindən qalxıb mənə tərəf yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, "bu zibili götürün rədd edin burdan"".

Elbrus Tağıyev

M.Muxtarov deyir ki, ordan çıxandan sonra icra başçısı ilə görüşməyə cəhd edib. Əvvəl deyiblər ki, başçı yerində yoxdur. Lakin bir qədər sonra başçı onunla görüşüb. "Başçı əvvəl mənə dedi ki, qələt edib sənə əl qaldırıb, mən onun cəzasını verəcəm. Lakin daha sonra söhbəti fırlayıb mənimlə bağlı köhnə incikliklərini yada salmağa başladı. Gördüm bu tədbir görən deyil, ordan çıxıb prokurorluğa getdim. Şikayət ərizəmi yazıb, tibbi ekspertdən keçdim. İndi prokurorluqda araşdırma gedir".

Əməkdaşımızın Elbrus Tağıyevlə əlaqə saxlamaq cəhdi baş tutmayıb. Onun da mövqeyini öyrənməyə çalışırıq.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

vətəndaş 2018-05-05 13:32:20

Həqiqətəndə kiçik padşahlar rayonlarda AT oynadırlar.. İcra hakimiyyəti başçıları nəyi icra edirlər, yalnız özləri üçün,öz nəsli üçün çalışırlar.....başçılar,müavinlər..... hamısının top dağıtmaz sərvət sahbidirlər................?

qaxlı 2018-05-05 13:32:20

Hadisə yerində hamı ola bilməz. Sübutlar var ki yazılır.Yazırlar ki Elbrus prespektli kadrdır.bunu başa düşdük.Elbrus özü rayonda prespektli gənclərə maneə yaradan birisidir.nə tökərsən aşına o da çıxar qaşığına.Elbrus yaxşı-yaxşı fikirləşib nəticə çıxarsın.

Azər 2018-05-05 13:32:20

Əvvəlki şərhdə yazılıb ki, hadisə olduğu kimi yazılıb. Kim təsdiq edir bunu? Bu məlumatı verən ya hadisə yerində olanlar? Nəsə yazanda bunlara diqqət yetirmək lazımdır. Gənc və perspektivli kadrı kiminsə nüfuzdan salmaq, təhqir etmək hüququ olmadığı kimi, görmədiyi, bilmədiyi hadisəyə mənfi şərh yazmaq da düzgün deyil.

azər 2018-05-05 13:32:20

Elya xanım, siz hadisə yerində olmusunuz? Ya hadisə ilə bağlı hansısa əsaslı və dəqiq məlumatınız var? Əgər cavab xeyirdirsə, o halda sizin dedikləriniz də böhtan sayılacaqdır. Zəhmət olmasa əvvəl düşünün sonra yazın. Məlumatlar fərqli ola bilər, amma əsas odur ki, əsaslı sübutlar yekunda sözünü deyir. Hər hansısa şəxsin planlı olaraq kiminsə haqqında əsassız məlumat yayması, gənc və perspektivli kadrın nüfuzuna xələl yetirməyə cəhd etməsi tamamilə savadsızlıqdan irəli gəlir. Bunları nəzərə alaq.

Elya 2018-05-05 13:32:20

Elede yazmısız ki orda cinayet mecellesinin maddesini)). Müavinin elediklerini indi bir bir maddeler yazag? Her shey achıg shekilde yazılıb) ele planlı shekilde olan vetendashın bashına gelenlerdir) ali savadlı olmagına hechkim hechne demir müavinin, onun elediyi bu hereketden söhbet gedir) ne qeder bele hallar bash verir yeqin diger rayonlardada) lakinn hechkime melum olmur) nie melum olmadıgınıda herkes bilir yeqin) ancag bu sahibkarı razı sala bilmeyibler) halal olsun o sahibkaraa!)

Azər 2018-05-05 13:32:20

Sayta xəbər verənin planlı halda vəzifəli şəxs barədə yalan məlumat yayması aydın olur. Şəxsin eyni gün icraya, sonra prokurorluq və ekspertizaya getməsi bunu deməyə əsasdır. Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə böhtan -yalan olduğunu bilərək şərəf və ləyaqəti ləkələyən, nüfuzdan salan məlumatların kiv.də və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma müvafiq olaraq cəzalandırılır. Elbrus müəllimin 600dən çox bal yığması, nüfuz əldə etməsi çoxunun bixəbər olduğu haldır.

Azər 2018-05-05 13:32:20

Saytın məqaləsini oxuyuram. Aydın olur ki, sayta məlumatı verən şəxs tam hazırlıqlı və planlı şəkildə vəzifəli şəxsin barəsində həqiqətə uyğun olmayan məlumatları yaymağa çalışıb. Belə olan halda yada Cinayət Məcəlləsinin 147-ci maddəsi düşür. Şəxsin eyni gündə əvvəl icraya, ardınca prokurorluğa, sonra isə ekspertizaya getməsi belə bir halın heç də təsadüfi olmamasını, əksinə planlı qarayaxma, nüfuzlu şəxsə hansısa təsir etmək üçün edilməsini deməyə əsas verir. Hər bir halda sayt rəhbərliyi də bu qarayaxmada iştiraka görə məsuliyyət daşıyacağını dərk etməlidir. ELbrus müəllimin Qax rayonunda ilk dəfə 600-dən yüksək bal toplaması, öz savadı və təhsili hesabına nüfuz əldə etməsi çoxlarının bixəbər olduğu nüanslardır ki, şərhlərdə bilib-bilmədən münasibət göstərirlər. Ümidvaram ki, sayt rəhbərliyi qarşı tərəfi də axtarmalı, münasibətini öyrənməli, işin sonunu da yekunda dərc etməlidir.

oxucu 2018-05-05 13:32:20

Parlament seçkiləri ərəfəsində belə bir məqalə oxudum ki,Qax rayon İcra başçısı Musa Şəkiliyev Qoçu dəstəsi saxlayır.Deməli yalan deyılmiş.Hələ qoçunun biri öz müavini Elbrus Tağıyev imiş.

qaxlı 2018-05-05 13:32:20

..........Çox heyif ki belə hadisələr Qaxda baş verir.

Gulay 2018-05-05 13:32:20

Bu o demek deyiki hansisa sahibkar dovlet memurunun otgaina girib onu sheref ve layeqetini alcalda biler. Tehqir ede biler.Ne olur olsun kim olur olsun bu sahibkarin etdikleri dozulmezdir

Çingiz 2018-05-05 13:32:20

Elbrus Tağıyev həqiqi hərbi xidmətdə olub? Yoxsa papanın gül balası kimi adını hərbi hissəyə yazdırıb hərbi bilet alıb? Bəlkə heç olmayıb? Əgər elədirsə o necə belə vəzifəyə təyin olunub?

JURNALİST 2018-05-05 13:32:20

HƏLƏ BUNA DA ŞUKUR Kİ SAX QALİB. ABŞERON RAYON İHB ZAKİR FƏRƏCOV SAHİBKAR RASİM CAVADOVUN MULKİYYƏTİNDƏ OLAN RAYONUN HƏZİ ASLANOV KUCƏSİNDƏKİ TEXNİKİ XİDMƏT MƏNTAQƏSİNİ DAXİDİB, SAHİBKARA MƏXSUSU DƏYƏRİ TƏXMİNƏN 50 MİN MANATLİQ AVADANLİQLARİN ASİQ-AŞKAR GALAN OLUNMASİ İLƏ BAĞLİ OLKƏNİN HUQUQ MUHAFİZƏ ORQANLARİ NİYƏ SUSUR? SAHİBKARİN MULKİYYƏTİNDKİ 120 KBM TORPAQ SAHƏSİ VƏ BUNDAN ƏLAVƏ PREZDENTİN FƏRMANİNA ƏSASƏN AZƏRİSTİLİK ASC-YƏ VERİLMİŞ 3 HEKTAR TORPAQ QANUNSUZ VİTES EKSPRESS ŞİRKƏTİNƏ SATİLMASİ NƏ?

Elya 2018-05-05 13:32:20

Müellim deyirsiz o insana?) müellim deyilen adam bunu etmirdi)))) Oldugu kimi de yazılıb hadise, hech bir sehv melumat yoxdur, o yashdakı müavin özünden neche yash böyük insana etdiyi bu herekete siz qiymet verin. Hansı medeniyyetden, hansı insanlıgdan danıshırsız, chox gözel tanıyırıg beli o müavinide, diger gözel insanıda, rayona etdiklerini her kes bilir Muxtarovun, ele o müvaninde etdikleriniii))

Elşənə-ə 2018-05-05 13:32:20

Tibbi ekspertiziya rəyi varsa Elburusu nə qədər tərifləsən də xeyri yoxdur.Mustafa nə qədər səhv etsə də müavinə heç kim səlahiyyət verməyib ki kiməsə kəllə atsın.Mustafa dala çəkilmə.Yəqin bu söhbətdən möhtərəm Prezidentimizin xəbəri olacaq.

Müflis sahibkar 2018-05-05 13:32:20

Məsəl var, ağbirçəyi Gülüm olanın təpəsinə külüm olar. Minlərlə alimi və dəyərli mütəxəssisi olan Qax rayonuna meşəbəyi hakim seçiləndə dəstənin ən önəmli və simasız simaları asfalt-bitiumyeyən QQ-Əhməd, Eldəniz, Elburuq Elbrus, baytar Tərlan, likbez Mamed və metrəbol Fəxrəddin kimi kal armudi kadrolar olacaqdır daaaaaaa.....

cina 2018-05-05 13:32:20

-------------

Prezidentə 2018-05-05 13:32:20

Özbaşınalığın buynuzu olur? Rayonları tapşırıblar qoçulara,adını qoyublar İcra hakimiyyəti.Onlar nəyi icra edirlər? Büdcə talanır,əhalidən hər bir qanuni işə görə rüşvət yığılır,ölkənin əmlakını özəlləşdirirlər,heçk imi də saymırlar.Əsl dərəbəylik! Bu ikili,üçlü hakimiyyət sistemi dyişməlidir.

emil 2018-05-05 13:32:20

Adam belä xäbärläri oxuyub dähsätä gälir! Görün bu mämurlar necä gudurublar. Bunlarin kökläri käsilsin!..

Oqtay 2018-05-05 13:32:20

pul qudurdub bunları

məmmədqulu 2018-05-05 13:32:20

Bir kəllə ilə yaxanı qurtarsan böyük işdir. Gözləki hərləyib-fırlayıb özünü içəri atmasınlar. Yerli "xan" deyəndən sonra prokuror kimdir ki. Siz İmitasiya Azərbaycanını digər ölkələr ilə qarışdırmayın.

Seva 2018-05-05 13:32:20

Prezident seckilerinen sonra imumiyyetle memurlar yene qudurublar. Bu .... bax Bu cur hormetli insana el qaldirir. Elbrus Senin kimliyin Butun Qax camaatina bellidir. ...

Elshan 2018-05-05 13:32:20

Hadise oldugu kimi yazilmayib. Yalan xeberlerle camaatida aldadirsiniz. Elbrus muellimi taniyanlar taniyir nece yaxsi insan oldugunu. Hec kes burda yazilanlara inanmasin. Xeber qoyanda herterefli arasdirin cammata ele melumat verin. Hadiseden tam olaraq xeberdaram ve burda yazilanlar yalnis melumatdir

Son yazılar