Ziya Məmmədovun qardaşı oğlu: "Onu bağışladım"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnur Məmmədov çıxış edib.

O, təqsirləndirilən şəxslə barışıq əldə edildiyini deyib: "Ödəniş edib, az miqdar qalıb. Onu da bir ay ərzində ödəyəcək. Rövşəni bağışlayıram, şikayətim yoxdur. Pul bizim üçün ikinci dərəcəlidir, əsas insani keyfiyyətdir. Allah böyükdür, günahlarını bağışlasın".

R.Heybətovun vəkili çıxışını yazılı şəkildə məhkəməyə təqdim edəcəyini deyib.

Xatırladaq ki, prokuror çıxışında onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

635x100

Şərhlər

Ramil 2018-05-04 15:06:28

Halaldi Elnur Mellime boyukluk edib bsgislayib

Bashirov Qarib 2018-05-04 15:06:28

Adın nədir daşdəmir,yumşalarsan yumşala.Pul sizin kimilər uçun nəinki birinci dərəcəli olub,hətta pula sitayiş etmisiniz. Axır ki,Allah yadiniza duşdu.

Müfəttiş 2018-05-04 15:06:28

O pulları halallıqla əldə etməmisiniz ki. Atanzınin mandat əldə etdiyi zonaya infrastruktur layihələri üçün ayrılan, amma sizin əlinizə keçən pullardır. Ucarlılara qismət olmadı, sizin də sağlığınıza qismət olmasın...

Son yazılar