Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,8 faiz artıb.

Dövət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Ay ərzində düyü, un, manna və qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, yumurta, kərə yağı, limon, banan, pomidor, xiyar, badımcan, süfrə çuğunduru, yerkökü, sarımsaq, kartof, şəkər və şəkər tozunun qiymətlərində azalma, zeytun və qarğıdalı yağları, portağal, alma, armud, göyərti, soğan, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

635x100

Şərhlər

Kamil Vəliyev 2018-05-04 20:19:50

Azərbaycana gətirilən ərzaq məhsulları,Geni dəyişmiş meyvələr niyə ciddi yoxlamadan keçirilmir? Məncə bunun iki səbəbi var: 1.Bu malları gətirənlərin krışası yuxarıda olduğundan nəzarət onlardan qorxur və yoxlamır. 2.Nəzarətçilərimiz ya səhlənkarlıq edir,ya da rüşvət alıb,nəzarət etmirlər. Axı mağazalarda əhaliyə məcbur yedizdirilən istifadə müddəti keşmiş makaron,düyi və digər ərzaq malları satılır.Ən "ağıllı" sahibkar isə həmin müddəti keşmiş malları yeni paketlərdə idxal edirlər.Meyvələr isə tam unudulur

Nef mühəndisi 2018-05-04 20:19:50

SSRİ kimi malı bazarda məhv edən тicarəт axır ki, bazarı qiуməтlə canlandırıb! Dünən əla тorbada əla nov düуü aldım. 2 il saтış уolu keçib тam dadsızlaşıb? Büтün iqтisadiууaтımız ozbaşına xam ibarələrsiz əhalinin zəruri тələbaтına уonəlsəуdi həqiqi уüksəliş və davamlılıq тəmin edilərdi?

Raqib 2018-05-04 20:19:50

Bu yalnış rəqəmlərlə niyə insanları aldadırsınız? Möhtərəm prezident də Sizin belə rəqəmlərinizl tanış olduqda elə başa düşür ki.hər şey yaxşıdır.Axı belə deyil. Kərə yağının qiyməti hansı hesabla 17-24 manat olur?Bu ərzağın Gürcüstanda və hətta Ermənistanda qiymətindən xəbəriniz varmı? Gömrük rüsumu 3 dəf azaldması marketlərdə yağın qiymətinin cəmi 50 qəpik aşağı salınmasına səbəb oldu ki,sonradan bu da malın qiymətinə əlavə olundu.Onun kimi düyi,makaron və bu kimi ərzaq malları.Sadəcə nəzarətsizlikdir!

t.ədalət 2018-05-04 20:19:50

Ucuzlaşan heç nə yoxdur.Bazar işbazların monopoliyasındadır.Bütün meyvələr GMO-dur.Nəzarət-filan yoxdur.İşğal olunmuş Azərbaycan ərazilərində məskunlaşan ....tərəfindən bəslənərək,ermənistan yolu ilə Gürcüstandan daşınıb gətirilən mal-qara da xüsusi dərmanlarla yetişdirilir.Həmin heyvanların əti dadsızdır.

Son yazılar