Trampla Şimali Koreya liderinin görüş yeri müəyyənləşdi

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen In-la görüş yerinin artıq müəyyən edildiyini bildirib.

Virtualaz.org-un məlumatına görə, Tramp jurnalistlərə Ağ Ev qarşısında verdiyi açıqlamasında deyib: “Səfər planlaşdırılır. Artıq vaxt və məkan təyin edilib. Bu məlumatlar ən qısa zamanda elan olunacaq”.

Tramp əlavə edib ki, onun administrasiyası KXDR rəhbərliyi ilə mahiyyəti üzrə danışıqlar aparır və yaxın zamanda çoxsaylı müsbət dəyişiklikləri gözləməyə dəyər.

“Dünən dediyim kimi, hadisələrin inkişafını təqib edin”, - deyə Tramp vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar