Azərbaycan bankları kapitallarını 319 mln. manat artırıb

Bu ilin I rübündə Azərbaycan banklarının əlavə kapital inyeksiyası 319 mln. manat olub.

“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentinin Xarici Nəzarət İdarəsinin rəisi Taleh Nəhmədov deyib.

Onun sözlərinə görə, son iki ildə bankların əlavə kapital inyeksiyası 1,4 mlrd.manat olub.

“2016-cı ildə bankların kapital inyeksiyası 263 milyon, 2017-ci ildə 808 milyon, bu ilin I rübündə isə 319 milyon manat olub”, - deyə T.Nəhmədov vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar