NAZİM İBRAHİMOV QIZINA TOY ETDİ - Nazirlər mərasimə qatılmadı +Fotolar

Mayın 5-də "JW Marriott Absheron” otelində Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimovanın toyu olub. Nazim İbrahimovun qızı iş adamı Kamran Əliyevlə ailə qurub.

Toyda cütlüyün ailə üzvləri və dostları, eləcə də şou-biznes nümayəndələri iştirak edib. Ukraynanın sabiq prezidenti Viktor Yuşenko da qonaqlar arasında olub.

Qeyd edək ki, K.İbrahimova "DeCamie” moda evinin sahibidir.

Unikal.org-un əldə etdiyi məlumata görə isə, Nazim İbrahimov dəvət etdiyi nazirlər və daha yüksək ranqlı məmurların heç biri toya qatılmayıb.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təqdimatında sabiq sədr Nazim İbrahimovu sərt tənqid edib.

PA rəhbəri qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

635x100

Şərhlər

R-n 2018-05-06 13:09:26

Milyardlar yedi,diasporani ermenileshdirdi,hele hokumete bi papag da atdi.Indi goresen harani dagitmaga hazirlashir,Mirze Celilin .....

Bahar 2018-05-06 13:09:26

Nazirlər gəlmədi, amma uşağları gəldi. Noolsun? Allah xoşbəxt eləsin!

nazim 2018-05-06 13:09:26

Allah xoshbext elesin.

Semed 2018-05-06 13:09:26

Allah xosbext elesin

hərbi pensiyaçı 2018-05-06 13:09:26

Şərqin yazılmamış qanunları var! "Atları yəhərliyin"(Qanlı zəmi, Qaçaq Nəbi) fiulmində Nəbinin toyunu yadınıza salın.

elsad negefov 2018-05-06 13:09:26

allah xosbext elesin

SisNah Dalgası 2018-05-06 13:09:26

Gənclərə Allahdan heç bir siуasi sıxınтısız xoşbəxтlik diləуək. Ulu Тanrı onların oz əməklərinə güvənc və уüksək уaşam qisməт eləsin. Onsuz da Azərbaуcanın diasporları milli уox, əsasən ermənilər də daxil olmaqla inтermillidirlər!?

G.M 2018-05-06 13:09:26

Guya ki,Müxalifət Partiyasında sədrin ``qəzəbinə`` gələn müxalifətçinin məclisinə başqa müxalifət yetkiləri qatılırmı ki... Avtoritarizmin ağır fəsadları hər kəs üçün bəladır.İstər iqtidar,istərsə də müxalifət.Cəmiyətdəki bütün neqativ ənənələr siyasətimizə də nüfuz edib.Liberal dəyərlər olmayan məmləkətlərdə hər bir nazirin aqibəti N.İbrahimovun aqibətinin eynidir.

Son yazılar