Yeni Zelandiyada nəhəng çat yaranıb - Altımərtəbəli bina dərinliyində

«AzPolitika.info»-nunxarici KİV-ə istinadlaverdiyixəbərəgörə, YeniZelandiyadakıbirferimada 6 mərtəbəlibinadərinliyində, uzunluğuisə 2 futbolmeydançasıölçülərindənəhəngçatəmələgəlib. Bubarəxəbəri «RT» kanalıyayıb.

Çat, bir neçə gün aramsız yağan leysan yağıqdan sonra meydana gəlib. Ferma idarəçisi Kolin Tremeynin sözlərinə görə, «Tomo» adı verilmiş çat bu ilin aprel ayında yaranıb. Onun uzunluğu 180 metr, eni və dərinliyi isə 20 metr təşkil edir.

Son illər bu, fermada yaranan 9-cu uçqundur, ancaq Yeni Zelandiyalı vulkanoloq Bred Skott «Newshub» kanalına müsahibəsində qeyd edib ki, bu çat əvvəllər onun gördüyü çatların hamısından təxminən, 3 dəfə böyükdür.

Çat, qədim vulkan krateri üzərində yaranıb və bununla da alimlərin dqqətini çəkib. Həmin vulkan sonuncu dəfə 60 min il bundan əvvəl püskürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar