Xoşqədəmin verilişində reklam olmuş həkim saxtakar çıxdı (FOTO/VİDEO)

Xoşqədəm Hidayətqızının reklam etdiyi həkim saxtakar çıxıb.

"AzPolitika" Minval.info-ya istinadən xəbər verir ki, "Səni axtarıram” verilişində iştirak etmiş Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsininnin müdiri Dr. Mircəlal Kazımi yanlış diaqnozu ilə yeniyetmənin həyatını təhlükəyə atıb.

O, bir müddət öncə yardıma ehtiyacı olan Göytəpə şəhərə sakini 17 yaşlı Nərmin Xudiyevanı müayinə edib. Həkim müayinədən sonra xəstəyə qaraciyər sirrozu diaqnozu qoyub. Bununla yanaşı, Xudiyevanın ailəsindən 10 min manata yaxın pul alıb. Xəstə həyatının xilası üçün onun əməliyyatın vacib olduğunu söyləyib. Əməliyyatın gerçəkləşməsi üçün isə ailədən 40 min manat pul istəyib.

Eyni zamanda, həkim Nərminin özündəngetmə hallarının artmasından sonra isə xəstəxanaya yatırılması üçün 2500 manat depozitin qoyulmasını bildirib. Lakin xeyirxah insanların köməyliyi və araşdırmasından sonra məlum olub ki, diaqnoz yanlış qoyulub. Sən demə, N.Xudiyeva əslində qaraciyər sirrozundan deyil, Vilson xəstəliyindən əziyyət çəkirmiş. Onun sağalması üçün əməliyyata heç bir ehtiyac yoxdur.

Xatırladaq ki, yerli mediada Zaur Baxşəliyevin verilişində iştirak edən həkim barəsində saxtakar xəbərlər yayıldıqdan sonra Hidayətqızı canlı yayımda aparıcıya söz atıb. Xoşqədəm "mən efirə çağırdıqlarım həkimləri araşdırıram” deyib.

Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstan Baş Prokurorluğu Mircəlal Kazımi barədə məlumat yayıb. Məlumatda həkimin pasientlərini böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham oluduğu deyilib.

635x100

Şərhlər

Togrul 2018-05-06 18:10:20

Xoshqedem kimi ozunden razi "aparici"ya verilish aparmaq yox, adi tamashada jestikulyasiysiya eden artist rolu vermek daha duzgundur. Agi qaradan cox gozel secen coxsayli Azerbaycan tamashscisinin nifretini qazanan bu " uc noqtecinin" shou-proqramlarinin sonuna boyuk bir NOQTE qoymaq lazimdir!

AAgahuseyn 2018-05-06 18:10:20

Televizorda reklam olunan bütün əkimlər-dərmanlar və hər şey yalandırr.Yaxşının reklama ehtiyacı yoxdur-reklam olunan hər ŞEY yalandır.BUNA PUL TƏLƏSİ DEYİRLƏR.zaurlar-xoşqədəmlər və diğərləri bu dələduzluqun bir elementidir.İNDİ SÖZ SİZİNDİR CƏN.Hüqüq mühafizə orqanları.SÜBUT edin ki,sizin bundan xəbəriniz olmayıb.

taqi 2018-05-06 18:10:20

bu xosqedem xanim niye camaati aldadir. ayib olsunbrle apricilara

G.M 2018-05-06 18:10:20

xoşu saxta Həkimləri ,bomjları reklam edib doğuşa ``yamagünlük`` toplayır.Ortalıqda ``xeybərlər`` aldadılır.Qazanan TV-lər və xoşudur.Hüquq mühavizə orqanları da ancaq bu qanunsuzluqlar qarşısında aciz görsənirlər.

Tamaşaçı- 2018-05-06 18:10:20

Bu Xoşqədəmin televiziyada qədəmlərinin xoş olmadığını əyani sübut edən artıq neçənci məlumatdır.Niyə televiziya efirlərinə belə iyrənc, cəmiyyəti narahat edən,professionallıqdan çox uzaq olan şəxslər yol tapır? Bu eyni zamanda ölkəmizin imicinə zərbə vurmurmu? Öz 15-16 il təhsil aldığı ixtisasına və şəxsiyyətinə hörmət edə bilməyən insanlar özlərinə televiziyaya yol tapır,çərənçılıklə insanların başını ağrıdır və nəticədə televiziya baxımsız olur. Saf-çürük etməkdə çox gecikmişik.

Son yazılar