"TARİXİ PEŞMANÇILIQ OLACAQ" - İran prezidenti ABŞ-ı hədələdi

İran prezidenti Həsən Ruhani bildirib ki, ölkə hökuməti Amerika lideri Donald Trampın Tehranın nüvə proqramı üzrə sazişlə bağlı istənilən qərarına hazırdır.

H.Ruhani bunu Sebzevar şəhərində ölkə sakinləri qarşısında çıxışı zamanı deyib.

Ruhani bildirib ki, növbəti həftə onların həyatına heç bir dəyişiklik gətirməyəcək, əksinə, ABŞ İranın 2015-ci ildə Qərblə imzaladığı sazişdən çıxacağı halda tarixi bir peşmanlıq yaşayacaq: “ABŞ sazişi tərk etsə, tarixi bir peşmançılıq keçirəcək. İstənilən qərara qarşı hazırlıqlıyıq. İran Atom Enerjisi Təşkilatına lazımı təlimatlar verilib”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 12-nə qədər Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin yekunu üzrə Amerikanın İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb-çıxmayacağına qərar verəcək.

635x100

Şərhlər

alı 2018-05-06 20:25:57

Mən yoruldum sizin orfoqrafik səhvləriniz barədə yazmaqdan.Sizin "jurnalistlər" deyəsən diqqətli olmaq barədə heç fikirləşmirlər. Bu məqalənin adındakı "OLACVAQ" sözü dilimizə necə tərcümə olunur?!?! Bu məqalənin müəllifinə dilimizə yeni söz gətirdiyinə görə mütləq "mükafat" verin!!!

Son yazılar