Ərdoğan Suriya və İraqdakı əməliyyatların başlıca məqsədini açıqladı - "Davam edəcəyik..."

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan hakim partiya fəallarının İstanbulda keçirilən iclasında özünün seçkiqabağı proqramı ilə çıxış edərkən bildirib ki, Türkiyə silahlı qüvvələri Suriya və İraqın şimal rayonlarında hərbi əməliyyatları davam etdirəcək.

Dövlət başçısının sözlərinə görə, «Suriyanın şimalındakı Ayn-əl-Ərabadan başlayaraq, İraqın Qəndil və Sincar rayonlarına qədərki ərazilərdə » terrorçular tam məhv olunmayınca, hərbi əməliyyatlar davam etdiriləcək. Bu ərazilərdə Türkiyənin terrorçu elan etdiyi kürd silahlı birləşmələri yerləşir.

Prezidentin sözlərinə görə, Türkiyə addım-addım bölgənin ən güclü dövlətinə çevrilir və yaxın gələcəkdə dünyanın siyasi səhnəsində nəhəng oyunçulardan biri olacaq. Bu zaman ölkələrin sərhədlərinin qayçılanması və müəyyən qüvvələrin bölgədə yeni status-kvo formalaşdırmaq cəhdləri Türkiyənin və türk xalqının iradəsi ilə «toqquşur».

«Güclü dövlət özü silah istehsal etməlidir. Bunun əyani nümunəsi kimi «AlTAY» tanklarını, «ATAK» helikopterlərini və Türkiyə istehsalı olan pilotsuz zərbə uçaqlarını misal gətirmək olar. Ölkənin müdafiə ehtyaclarını tamamilə yerli müəssisələrin hesabına ödəmək lazımdır» - deyə, Ərdoğan bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar