Atmosferdə karbon qazının rekord miqdarı qeydə alınıb - Alimlər danışırlar...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, müşahidə olunan tarix boyu ilk dəfə atmosferdə karbon qazının orta aylıq miqdarı maksimuma yüksəlib. Bu barədə xəbəri San-Diyeqodakı Kaliforniya universitetinin Skripps okeanoqrafiya İnstitutunun alimləri xəbər veriblər.

Manua-Loa hava haqqında abservatoriyasının məlumatına görə, apreldə karbon qazının atmosferdə konsentrasiyası 410,0 ppm (milyonda bir - propromil) təşkil edib. Beləliklə, 1958-ci ildən - Skripps okeanoqrafiya İnstitutunun alimləri bu göstəricini izləməyə başlayandan sonra, atmosferdə karbon qazının miqdarı 30,0 faiz artıb.

2013-cü ildə bəşəriyyət tarixində ilk dəfə atomosferdə karbon qazının konsentrasiyası 400,0 ppm həddini aşıb. Alimlərin qiymətləndirməsinə görə, son 800 min ildə bu göstərici enib-qalxıb, amma sənaye inqilabına qədər heç vaxt 300,0 ppm səviyyəsini aşmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar