BAYTARLIQ XİDMƏTİNİN RƏİSİNİN MAXİNASİYALARI AŞKARLANIB - Yoxlama

Yeni Kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycanın ən dərin korrupsiya bataqlıqlarından birini – kənd təsərrüfatı sektorunu dirçəldəcəyinə cəmiyyətdə inam böyükdür. Bu inam, heç şübhəsiz ki, nazirin ASAN Xidmətdəki fəaliyyətinə və uğurlarına əsaslanır.

Yeni nazir cəmiyyətin bu gözləntisini qarşılamaq əzmində olduğunu artıq nümayiş etdirməyə başlayıb. Belə ki, İ.Kərimov işə başlar-başlamaz Kənd Təsərrüfatı Nazirliyinin ən çox korrupsiyalaşmış strukturunun – “Aqrolizinq” ASC-nin rəhbəri Elşən Məmmədovu vəzifəsindən uzaqlaşdırdı, digər strukturlarda isə ciddi yoxlamalar aparır. Bu gün bu barədə nazir müavini İlham Quliyev də açıqlama verib.

“Hansı kadr ki, öz işini, səlahiyyətini normal həyata keçirir, onu dəyişməyə ehtiyac yoxdur. Yeni nazir əvvəlki sədr Elşən Məmmədovun fəaliyyətindən narazı qalıb. “Aqrolizinq” hansısa nöqsanlar, çatışmazlıqlar olub. Ora yeni nəfəs vermək üçün gənc kadrlar təyin olunub. İnanıram ki, yeni təyin olunanlar etibamı doğruldacaq” – o, Report-a açıqlamasında bildirib.

Nazirlikdəki mənbənin “AzPolitika.info”ya verdiyi məlumata görə, nazir İnam Kərimovun “Aqrolizinq”dən sonra əsas diqqəti Dövlət Baytarlıq Xidmətinə yönəlib. Hazırda nazir bu Xidmətin rəhbərliyinin fəaliyyətini qiymətləndirir. “Elə ilk araşdırmalar nəticəsində bu Xidmətin də çox ciddi şəkildə korrupsiyaya bulaşdığı öz təsdiqini tapıb. Məsələn, məlum olub ki, Xidmətin rəhbərliyi ətlik mal-qara idxalçıları ilə işbirliyi quraraq, ölkəyə gətirilən ətlik mal-qaranın çox əhəmiyyətli hissəsini damazlıq kimi sənədləşdirib. Bilirsiniz ki, ölkəyə gətirilən damazlıq mal-qara gömrük rüsumundan azaddır. Baytarlıq Xidməti rəhbərliyinin işbazlarla bu işbirliyi dövləti külli miqdarda ziyana salsa da, əksinə, onların özlərinə milyonlar qazandırıb” – mənbə bildirir.

Mənbə əlavə edib ki, belə faktlar yüzlərlədir və yaxın günlərdə yeni nazirin Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovla bağlı qərar verəcəyi gözlənilir.

Bu arada musavat com-a danışan mənbə deyib ki,  bu saxtalaşdırma prosesi birbaşa xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub: “Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənir. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayır”.

Həmin mənbənin bildirdiyinə görə, A.Süleymanov xidmətin alqı-satqılarından da ciddi gəlir mənbəyi kimi istifadə edib. Belə ki, baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb baha rəsmiləşdirilib. Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb. Baha rəsmiləşdirmək mümkün olsun deyə xaricdən alınıb. Məsələn, dabaq xəstəliyinə qarşı olan vaksini 100 dozasını 43 manata rəsmiləşdiriblər. Halbuki qiymət bundan xeyli ucuzdur.

Onu da qeyd edək ki, ötən il baytarlıq laboratoriyaları direktorlarının toplantısında çıxış edən A.Süleymanov bildirib ki, ölkənin bütün rayonlarında baytarlıq idarələri və diaqnostik kabinetlər üçün müasir binalar tikilib, bu binalarda yerləşən diaqnostik kabinetlər müasir laboratoriya avadanlıqları ilə təmin olunub. Bundan başqa, respublikada mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyasının hamısı 27 adda laboratoriya avadanlıqları ilə təmin edilib.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

şəkidən 2018-05-08 09:47:26

Bütün regionlarda Baytarlıq idarələri yalnız özləri üçün işləyirlər. Müdirlər misli görünməmiş var-dövlət sahibi olublar. Kasıb-kusubun mal-qarasına baxan yoxdur, dövlət tərəfindən verilən dərmanlar xüsusi mal- apteklərində satılır.......?

Mütəxəssis 2018-05-08 09:47:26

Baytarl;q kənd təsərrüfatında sonuncu sahələrdən biridir.Kənd təsərrüfatı torpaqdaş.otlaqlardan,toxumdan və kəndlilərin kollektiv çalışmasından başlnır.Bunun üçün il boyu çalışmaq,çalışmaq üçün sahəni bilmək,plalı və ardıcıl (növbəli) iş aparmaq vacibdir.Bunun üçün öncə nazir özü bu sahənin adamı olmalıdır ki, onu aldatmasınlar.Ətrafına isə sadiqlik üzrə yox,bacarıq üzrə kadr toplama və onlarla işləməyi bacarmaq tələb olunur.Bunlar olmasa.1-2 ildən sonra Kənd təsərrüfatı daha faciəli hala düşəcək.

Siyavuş və Əli Əhmədova 2018-05-08 09:47:26

Maraqlı məmləkətdə yaşayırıq.Hansı dövlət idarəsini tərpədirsən oradan cinayət çıxır.Bu əcaibliyin səbəbini anlayan varmı? Hamısı da YAP -ın üzvü.qabaqda gedənləri.Misal bir deyil,beş deyil.Siyavuşla Əli Əhmədov YAP-ı tərifdən yorulmurlar.Balam bunlar sizin kadrlarınız deyil? Budur da qabaqda gedənləriniz.İnsan gərək bir dönüb özünə də baxsın.YAP ölkəni iflic vəziyyətinə salıb.Hər yerdə mənimsəmə,oğurluq,korrupsiya.Bu insanlar nə zaman ayıblarına kor olacaqlar? Həya yaxşı şeydir,olsa!

G.M 2018-05-08 09:47:26

İnam bəy ,ASAN XİDMƏT-ə ağılınız getməsin.Ehtiyatlı olun,KTN-nin hər bir təsərüfatının dalında bir ``Zəhərli Gürzə`` yatır.Deputatından,Nazirindən başlamış,İH Başçıların əksəriyyəti də bu maxinasiyalardan bəhrələnirlər.Rayon Apteklərinə xaricdən ucuz qiymətə alınmış,..Vaxtı ötmü dərman peraparatlarından qazanılan pul İH Başçılarıİlə,KTN-İ arasında qardaş malı kimi bölünür.

Bəhram Cəfəri 2018-05-08 09:47:26

Rəhbərin vəzifəsinə prinsipial başlaması gozlənilən fəallıqdır. Ancaq, indi elemenтar hüquqi düşüncəsi çaтışmaуan rəhbərlər az deуil. Baутarlıq xidməтinin və уa laboraтoriуanın тəqdim olunana уalnız iki əks тəsnifaтla: уararlıdır və уa уararsız, dəуərləndirmə hüququ olur.

Son yazılar