Putinin andiçmə mərasimi başlayıb

Moskvada Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.

“Report” xəbər verir ki, tədbir Böyük Kreml Sarayında keçirilir.

V.Putinin dördüncü dəfə dövlət başçısı kimi ad içəcəyi mərasimə 5 minə yaxın qonaq dəvət olunub.

Rusiya prezidenti ölkə konstitusiyasına əl basaraq and içəcək.

Qeyd edək ki, Rusiyanın fəaliyyyətdə olan prezidenti Vladimir Putin 2018-ci il martın 18-də keçirilən prezident seçkisində 76,69 faiz səs toplayaraq yenidən bu posta seçilib. O, 2000-ci il mayın 7-dən 2008-ci il mayın 7-dək prezident olub. 2008-ci il mayın 8-dən 2012-ci il mayın 12-dək baş nazir kimi Nazirlər Kabinetinə başçılıq edib. 2012-ci ildə keçirilən prezident seçkisində isə yenidən qalib gəlib.

Xatırladaq ki, mayın 6-da Dmitri Medvedevin başçılıq etdiyi hökumətin səlahiyyət müddəti başa çatıb. Nazirlər Kabinetinin üzvləri tutduqları vəzifədə səlahiyyətləri yeni hökumət formalaşanadək müvəqqəti icra edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar