Fuad Poladova görə aktyora xəbərdarlıq edilib – “Azdrama”da QALMAQAL
Baxiş sayı:
Dərc olunub:
07/05/2018 - 12:58
Mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında qalmaqal yaşanıb.
Teatrdan adının açıqlanmasını istəməyən şəxsin Kulis.az-a verdiyi məlumata görə, gərginlik tamaşanın ardınca təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsindən sonra yaşanıb.
Teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.
Qeyd edək ki, “Şah Qacar” mərhum aktyor Fuad Poladovun baş qəhrəmanı oynadığı tamaşalardan biridir. İndi Qacar rolunda Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov çıxış edir.
Teatr məsələ ilə bağlı açıqlama vermək istəməyib.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
BELE BIR INSANI FEALIYYETINE GÖRE AKTYORU CEZALANDIRARAQ CHOX HÖRMETLI REHMETLIK FUAD POLADOVUN RUHUNA HÖRMETSIZLIK EDEN TEATRIN REHBERLIYINE AR OLSUN.VE FUADSEVERLERI REHBERLIYI QINAMAGA CHAGIRIRAM.
INSANLARI INSANLIQ ETMEYEDE QOYMURLAR O AKTYORADA YALNIZ TEWEKKURLER