Gülər Əhmədovadan Elçin Əlibəyliyə ETİRAZ - “Sən kimsən ki...”

Tanınmış teleaparıcı Elçin Əlibəylinin “Space” Televiziyasında yayımlanan “El bizim, sirr bizim” adlı verilişində müğənni Maral Tahirqızı ilə yaşanan qalmaqal cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna görə, aparıcı sosial şəbəkədə kəskin iradlara məruz qalıb.

Qeyd edək ki, “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli Maral Tahirqızını verilişindən qovub.

Modern.az xəbər verir ki, aparıcının verilişinə qonaq çağırdığı müğənni Maral Tahırqızını aşağılaması və verilişindən qovduğunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

M.Tahirqızı qovulması ilə bağlı açıqlama verib. O bildirib ki, verilişin mövzusu sosial şəbəkələrdə çoxlu sayda izləyici toplaya bilməsi ilə bağlı olub.

Sosial şəbəkələrdə çoxsaylı iradlara tuş gələn Elşin Əlibəyli Maral Tahirqıznı dəstəkləyənələri qınayıb:

“Marala dəstək duran qövm, elə mən sizi deyib gəlmişəm, siz də mənim "marallarımsınız" (əlbəttə Əbdürrəhimbəy Haqverdiyevi oxuyubsunuzsa, anlayarsınız nə deyirəm, amma buna da şübhəm var). Qəzəbinizi töküb qurtarandan sonra, özünüzə güzgüdə yaxşı baxın, mənim marallarım. Onda görəcəksiniz mən nə dedim və niyə dedim! Əlbəttə, bunu anlaya bilsəniz çox sevinərəm!”, deyə E.Əlibəyli Facebook-da yazıb.

Sabir deputat Gülər Əhmədova da Elçin Əlibəyliyə irad tutanlar arasındadı. O da Facebook-da etirazını belə ifadə edib:

“Vaxt var idi Bakıya Şərqin Parisi deyirdilər.Heç vaxt özünü kişi sayan birisi kimliyindən asılı olmayaraq bir qadını adam arasında aşağılamazdı. Qadına görə deyil,özünün kişiliyinə görə..Bu hansı əxlaqdır ki, arxasız,kasıb,yiyəsiz qadını efirə çağırasan və onu aşağılamaqla özünü yüksəldəsən?? Bəyənmirsənsə niyə çağırlrsan? Sən kimsən ki, bu qədər təkəbbür, bu qədər fironluq nümayiş etdirirsən? Yəni ətrafımızda kimsələr yoxdur ki, bu işlərin qarşısını alsın? Mən bir həqiqəti bilirəm ki, hansısa qadının əxlaqını bəyənməyən kişi o qadını görməzdən gələr. Ən ağır cəza kimi salamını almaz. Bu olar kübarlıq. Amma, belə davranışın adı nədir bilmirəm, bilsəm də demərəm. Heyf, çox heyf itirdiyimiz kübar kişilərə.. Gör nə günlərə qaldıq..”

635x100

Şərhlər

İlqar Sadıqlı 2018-05-07 23:41:28

Elçin Əlibəyli ! Siz Azərbaycan jurnalistikasında barmaqla sayıla biləcək 3-5 səviyyəli, jurnalistlərdən birisiniz. Lakin Maral Tahir qızı kimi əqli xəstə olan adama qarşı bu cür münasibətiniz türklər demiş heç"yakışmadı". Məncə sizə təpki göstərən "marallarım" dediyiniz insanların böyük çoxluğu bu mənada sizi qınayır. Nə qədər çətin də olsa bu vəziyyətdən çıxmağın yeganə şıxış yolu baş vermiş olaya görə Maral xanımdan deyil, tamaşaçılardan özr istəsəniz bu işə nöqtə qoymuş olarsınız.

Azər 2018-05-07 23:41:28

Gülər Əhmədova yaxşı olarki, özünün .... keçmişindən danışsın, Kişilər özləri bilir nə var-nə yox! Utanmasan oynamaga nə var ki,Gülər Əhmədova ???

semed 2018-05-07 23:41:28

elcin elibeyli lap waqqulu imis ki

sevda agakiwiyeva 2018-05-07 23:41:28

neynesin yetim-yesirin ustune getmeekle ozlerine tesdiqleyen rezillerdide...cox sag olsun Guler xanimi duz deyib

Məmməd 2018-05-07 23:41:28

Ar olsun ona. Mənliyinə görə Maral ondan qat-qat artıqdır. Elçin, sənə hər cür söyüş düşür...

Vanqa 2018-05-07 23:41:28

Qazamat yoldasinin xatrina dayiblar?

Mehdi 2018-05-07 23:41:28

Sehrleri leqv etmeyin xahis olunur.Eslinde Guler xanim cox duz deyir.Bu sifeti yeke adam qadin xeylaqina dediyi onun ozune cox aiddir cem o qadina.Qadin kim olur olsun sen nece kişideki aydını cemaatin içinde pisikdirirsen.Get bir aynada özüne bax aile uzvulerine bax sonra ona buna laf ele.Sizlerinde haqqinda çöz sözler danışırlar.Xalq gözünü yummayın her şeyi görürler bilirler.Yeke adamsan senin ihtiyarın yoxdur kilise tehcir edersen.Axi sen kimsin.Hec senin bu millet arasında 2 qepiklik hizmetin yoxdur.Men Maralı misafir ettiren ey hec onu tanımızdan amma sen düz hereket etkirsen.

Fərdi 2018-05-07 23:41:28

Maral Tahirqızı bəlkədə özünə hörmət qoyan insan deyil amma onu efirə qonaq qismində çağırıb sonrada qovmaq çox xoşagəlməz bir işdir.

Shahin 2018-05-07 23:41:28

Elcin ve Guler eyni bezin giraqidir. Onlar bir-birini tamamlayir. .....

Mişa 2018-05-07 23:41:28

Gülər hası qadınlardan danışır. Özü kimi kişi işinə qarışan qadınlardan danışırsa mənim ona sözüm yoxdur. Heç olmasa biraz sus və ya başqa adla yaz. Çünki sənin həngamən hələ yaddan çıxmayıb.

Son yazılar