«Transatlantik münasibətlərin vəziyyəti narahatlıq doğurur» - Almaniyanın prezidenti

Frank-Valter-Ştaynmayer«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer bazar günü «ARD» telekanalının efirindən bəyan edib ki, Avropa və Amerika arasındakı münasibətlərin indiki vəziyyəti həyəcan doğurur.

«Doğrusu, mən transatlantik münasibətlərin necə inkişaf etməsindən narahatlıq keçirirəm. Ona görə yox ki, mən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampı və onun «Tvitter»dəki azdırıcı xəbərlərini görürəm, ona görə ki, duyuram - əhəmiyyyətli nə isə dəyişib» - Ştaynmayer qeyd edib.

Prezident əlavə edib ki, yeni ABŞ administrasiyası dünyaya «rəqabət üçün bir səhnə» kimi baxır: «Bu, bizim dünyagörüşümüzə cavab vermir...»

Ştaynmayer Fransa Prezidenti Emmanuel Makronun və Almaniyanın kansleri Angela Merkelin ABŞ-a səfərlərini müsbət qiymətləndirib. O, Berlinin və Parisin azad ticarətə və İranın nüvə proqramı barədəki sazişə sadiq qaldığının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar