Rusiyada müdafiə sənayesi sahəsi Dmitri Roqozindən alındı

Rusiyada baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Dmitri Medvedev maliyyə naziri Anton Siluanova birinci müavini olmağı təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, baş nazirin müavini vəzifəsi təklif olunanlar arasında keçmiş idman naziri Vitali Mutko, Hesablama Palatasının sədri Tatyana Qolikova, müdafiə nazirinin müavini Yuri Borisov, Dmitri Kozak, Aleksey Qordeyev və Olqa Qoldetsə də var.

D. Medvedev müdafiə nazirinin müavini olan Yuri Borisovun hərbi sənaye kompleksini kurasiya edəcəyini söyləyib. Beləliklə, müdafiə sənayesi sahəsini kurasiya edən Dmitri Roqozin bu sahədən kənarda qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar