Tramp Putini vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib, iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid etdiyini bildirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.

“Prezident Tramp Putini təbrik edir və iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid edir. Ümid edirik ki, Rusiya ilə yaxşı münasibətlərin qurulacağı vaxt gələcək", deyə S.Sanders bildirib.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.

635x100

Şərhlər

Arif 2018-05-07 23:32:04

Bakıda Xətai, Nizami və digər rayonlarda atmosferə buraxılan qaz iyindən nəfəs almaq olmur. Jurnalistlər daxildəki problemləri kənara qoyub Amerikadan yazırlar. Bu nə vaxta qədər davam edəcək?

Son yazılar