«Türkiyə dünya miqyaslı nəhəng oyunçu olacaq» - Ərdoğan

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, bazar günü Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, birlik tərəfindən uyğun reaksiya olmasa da, Türkiyə Cümhuriyyəti Avropa İttifaqına (Aİ) daxil olmaq ideyasından heç vaxt imtina etməyib. Bu barədə «Anadolu» agentliyi xəbər verib.

«Avropa İttifaqı tərəfindən analoji reaksiyanın olmamasına baxmayaraq, Ankara bu ittifaqa daxil olmaq istəyinə sadiq qalır» - deyə, agentlik Ərdoğandan sitat gətirir.

Prezident həm də əlavə edib ki, Türkiyə addım-addım «bölgənin ən güclü dövlətinə çevrilir, gələcəkdə isə dünya miqyaslı nəhəng oyunçu olacaq».

Agentliyin xəbər verdiyi kimi, Prezident əlavə edib ki, Türkiyə yeni prezidentlik sistemi ilə «2023, 2053 və 2071-i illər dövrü üçün bəyan edilmiş məqsədlərə uğurla nail olacaq».

Türkiyə Aİ-a daxil olmaq üçün 1999-cu ilin dekabrında rəsmi namizəd kimi tanınıb, üzvlük barədə danışıqların özü isə 2005-ci ildə start götürüb. Kipr danışıqları qismən bloklayıb.

Danışıqlar 2016-cü ilin sonunda, dövlət çevrilişinə uğursuz cəhddən sonra faktiki olaraq dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar