GÖRK OLAN ADAM

(Fuad Poladovun əziz xatirəsinə)

Sağ ikən dirilərə,

Ölürkən ölənlərə,

Həyatı da, ölümü də

Görk ölan adam!

Ruhun şad olsun,

Məkanın cənnət!

Sən elə düz oldun ki,

O aləmdə də

Ruhun götürməz minnət!

Min üzlü dünyamızda

İtirmədin özünü,

Hər yerdə, hər məqamda

Dedin kişi sözünü.

Bir ömür yaşantısında,

İnsanlığın, sənətin

zirvəsinə yetdin,

Haqqın nur üzünə sən

Ey ölməz sənətkar,

Ağ üzlə getdin.

Nurəddin İsmayıl

07.05.2018

635x100

Şərhlər

Mehdi 2018-05-08 00:15:56

ALLAH SENE REHMET ELESIN EY QETRETLI MEDENI GOZEL INSAN.BU DUNYAYA DOQRUDANDA FILMINDEKI XAN KIMI GELDIN XAN KIMI GETDIN.COOOOX HEYF SENDEN.SEXSEN TANIMASAMDA SENE COX BOYUK HORMETIM OLUB HEMISE.YERIN CENNETLIK OLSUN.SENIN OLUMUNE UREYIM AQRIDI.

ILHAM ALMAMMADOV 2018-05-08 00:15:56

Tanrı ruhunu şad etsin.

Müfəttiş 2018-05-08 00:15:56

Allahın rəhməti, bütün yaxşı insanların bəzəyi olsun. Amin.

Son yazılar