VƏZİFƏDƏN ÇIXARILAN MƏMURLARIN FƏALİYYƏTİ YOXLANILIR - Həbslər gözlənilir

Səlim Müslümovun, Heydər Əsədovun və Əli Həsənovun rəhbərlik etdikləri qurumlarda total araşdırmalar başlayıb

Prezident seçkilərindən sonra hökumətdə baş verən dəyişikliklərin dəyişiklik olaraq qalmayacağı, bir sıra qurumlarda yol verilən qanunsuzluqlara görə ciddi cəzalanmaların olacağı barədə məlumat vermişdik.

Gələn xəbərlər göstərir ki, bununla bağlı redaksiyamıza verilən məlumatlar həqiqəti əks etdirir. Belə ki, son günlər yayılan xəbərlərə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi araşdırmalar aparılır. Araşdırmaların gedişində ciddi faktların aşkarlandığı, hər üç qurumun rəhbər şəxsləri arasında həbslərin olacağı qeyd edilir (modern.az).

Onu da qeyd edək ki, seçkilərdən sonra rəhbərləri dəyişən 2 qurumda - Dövlət Miqrasiya Xidməti və Diasporla İş üzrə Dövlət Komitəsində yol verilən qanunsuzluqlar barədə birbaşa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məlumat verib. O, yeni rəhbərlərin kollektivə təqdimatı zamanı çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində ciddi qüsurların olduğunu, ayrılan vəsaitlərin təyinatından yayındırıldığını qeyd edib. Bundan əlavə, miqrasiya orqanlarında da korrupsiyanın olduğunu bildirib.

Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindəki problemlər barədə rəsmi açıqlamalar olmasa da, yoxlamaların başladılması xəbərlərinin yayılması, bir sıra istiqamətlərdə artıq üzə çıxarılan faktların ictimailəşdirilməsi bu qurumlarla bağlı daha ciddi ölçülərin götürüləcəyindən xəbər verir.

Onu da qeyd edək ki, bir neçə gün öncə mötəbər mənbələrdən aldığımız məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan 2-2,5 milyard manatın yoxa çıxması barədə material dərc etmişik. Həmin məlumatda fondda uzun illərdən bəri işləyən və vəsaitlərin uçotdan yayınmasını təmin edən  mexanizmin üstünün açıldığı qeyd olunur. Hansı ki, həmin mexanizm sayəsində uzun illər boyu milyardlarla manat vəsaitin büdcəyə ödənişinin qarşısı alınıb. Fond rəhbərliyinin bu mexanizmdən xəbərsiz qalması qeyri-mümkün olduğuna görə böyük ehtimalla, quruma uzun illər rəhbərlik etmiş, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da araşdırmalara cəlb olunacaq.

Səlim Müslümovun, ile ilgili görsel sonucu

Bundan əlavə, uzun illər boyudur Azərbaycanda əlillik təyinatı, ünvanlı sosial yardıma çıxışla bağlı çox ciddi problemlər davam edir. Bu iki sahədə korrupsiya imkanları nəinki aradan qaldırılmır, əksinə, rüşvətin məbləği ildən-ilə artır. Təsadüfi deyil ki, yeni gələn nazirin qurumun rəhbər heyəti ilə keçirdiyi ilk görüşləri məhz bu iki sahəyə həsr olunmuşdu. Nazir Sahil Babayev hər iki sahədə şəffaflığın təmin olunacağını vurğulamaqla, əslində bunun indiyədək olmadığını söyləmiş oldu. Bu baxımdan, yoxlamaların bir istiqamətinin də əlilliyin və ünvanlı sosial yardımın təyinatı sistemini əhatə edəcəyi şübhə doğurmur.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də fəaliyyəti cəmiyyətdə ən çox narazılıq doğuran qurumlardan biridir. Qarabağ müharibəsində atəşkəs elan olunandan bəri keçən 24 ilin 20-də bu quruma Əli Həsənov rəhbərlik edib. Onun özünün verdiyi statistikaya inansaq, bu illər ərzində bütün mənbələr hesabına Azərbaycanda qaçqın və məcburi köçkünlərə 6 milyard manatdan yuxarı vəsait sərf olunub. Bu vəsaitin böyük bir hissəsini Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan pullar təşkil edir. Hansı ki, uzun illərdir bu sahədə ciddi mənimsəmələrin olduğu, qiymətlərin şişirdildiyinə dair müxtəlif araşdırmalar açıqlanır, faktlar ortaya qoyulur. Həmin faktlar bu istiqamətə ayrılan pulların xeyli hissəsinin mənimsənildiyindən xəbər verir. Qaçqınlara ayrılan yardımlardan, yemək və kommunal xərclərdən mənimsənilən yüz milyonlarla manatı da nəzərə alsaq, başladılan yoxlamaların heç də nəticəsiz qalmayacağını söyləyə bilərik.

Əli Həsənov ile ilgili görsel sonucu

Kənd Təsərrüfatı Nazirliyinə gəlincə, son illərdə büdcədən ən çox vəsait alan qurumlardan biri də məhz bu nazirlikdir. Kənd təsərrüfatının prioritet elan olunduğu, aqrar istehsalçılara ildə yüz milyonlarla manat subsidiyanın ayrıldığı bir dövrdə quruma rəhbərlik edən Heydər Əsədov oradakı mənimsəmə mexanizmlərindən əvvəlcədən məlumatlı idi. Belə ki, Hesablama Palatasının sədri olanda H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin özünü, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Fitosanitar Nəzarəti Xidməti kimi qurumlarını yoxlamışdı. Bu yoxlamalar zamanı aşkarlanan korrupsiya mexanizmləri H.Əsədova yaxşı tanış idi. Buna görə də nazir olan kimi adları çəkilən qurumların rəhbərlərini, hətta regional və rayon şöbələrinin rəislərini də dəyişib öz komandasını formalaşdırdı. Nəticədə, komanda dəyişsə də, mənimsəmə mexanizmi olduğu kimi qaldı. Sahəyə yönəldilən vəsaitlərin həcmini təsəvvür etmək üçün qeyd edək ki, yalnız “Aqrolizinq” ASC-nin ötən ilki büdcəsi 350 milyon manata yaxın olub. Digər qurumların büdcələrini, üstəlik, aqrar istehsalçılara ayrılan subsidiyaları da əlavə etdikdə illik 1 milyard manata yaxın vəsait alınır. Bu vəsaitlərin isə xeyli hissəsi təyinat nöqtəsinə çatmır...

Heydər Əsədov ile ilgili görsel sonucu

Yoxlamaların nəticəsi olaraq Səlim Müslümovla Heydər Əsədovun ciddi cəzalandırılacağı tamamilə mümkün görünür. Üstəlik, onları müdafiə edən “zireh” - vəzifə əllərindən alınıb.

Əli Həsənova gəlincə... Onun vaxtilə rəhbərlik etdiyi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi indiyədək ən çox korrupsiyaya bulaşmış qrumlardan biri kimi təqdim edilir. Onun hazırda baş nazirin müavini postunda qalması cənab Həsənovu ciddi cəzalanmadan sığortalayır. Amma araşdırmalar nəticəsində ortaya ciddi yeyinti faktları çıxarsa (bəlkə də artıq çıxıb-red.), Ə.Həsənovun qeyri-rəsmi formada cəzalandırılacağı, daha doğrusu, dövlətdən oğurladıqlarının əlindən alınacağı istisna edilmir.

635x100

Şərhlər

Sənan 2018-05-08 10:25:39

Əjdər Cəbiyevin yaxın adamına cərimə yazdığıma görə mənim işdən azad olunmaq məsələmi qoymuşdu . Sağ olsun Fuad Əlizadə çox kişi adamdır . Çox ədalətli araşdırma apardı və məni işdə saxladı . Əjdər kəsən başa zaval yoxuydu . Bütün Ermənistanlıları düşmən gözündə görürdü ..nəisə yəqinki cavabını alacaq .

EWDER 2018-05-08 10:25:39

KIM BILIR DESIN,HANSI NAZIRLIK,IDARE DUZGUN ,XALQIN ,MILLETIN RIFAHI UCUN IWLEYIR?

Nurəddin Vəliyev-cəbhəçi 2018-05-08 10:25:39

YAP-çıların kimliyini, məsləkini, məqsədini işdən azad olunan nazirlər (Rabitə,Nəqliyyat, MTN ,Sosial təminat, Kənd təsərrwfat , Qaçqlnkom, diasporu və s.) və onların əməkdaşları açıq ortaya qoydular. Elə öz araşdırmaları onların uzun illərdir büdcə talamaqla, oğurluqla, korrupsiya ilə məşğul olduqları təsdiqlənir.Belə insanlardan təşkil olunmuş Özünü qanunsuz hərəkətlərlə təsdiqləmiş bir partiyanın qalmasında talanı davam etdirməkdirmi? Digər nazirliklərin də təxminən bunlar kimi olduğu ehtimalı da böyükdü

analitik 2018-05-08 10:25:39

Heç kimə heç nə olmayacaq. Bu cür məlumatlar hakimiyyətin sifarişi ilə dövriyyəyə buraxılır. Məqsəd əllərində kifayət qədər maliyyələri olan sabiqlərin "yollarını azmamaq" üçün onları daim qorxu və təzyiq altında saxlamağa xidmət edir.

Cavad 2018-05-08 10:25:39

Bunlar da Yeni Azərbaycanlılar Partiyasının üzvləridir? Bu bəlanı kim və niyə gətirdi.Millət yazıq deyil?Ölkə dünyada biabır olub.

semed 2018-05-08 10:25:39

selim muslumov minlerle insani pensiyasiz qoydu allah belasini versin amma o qeder saxta senedleele pensiya alan var ki

G.M 2018-05-08 10:25:39

Oxuduqlarıma and olsun ki,yoxlanılan və yoxlanılası nazirlik və komitələrin hamısı hətta JEK-lərin rəisləri ``kletkalıqdır``-lar.Qudrət Həsənqouliyevin səmimiliyinə inanın.8 Min manatdan az əmək haqqı alıb Villada yaşayanlar Kürdəxanı ``İstirahət Mərkəzinin`` sakinləri olmalıdır.

ahmed 2018-05-08 10:25:39

demeli bele faktlar 15-20 ilden sonra uze cixir.ehsen...

Hörmətli oxucu! 2018-05-08 10:25:39

Bismillahir-Rəhmanir-Rəhim. Səlim Müslümov nazirliyi yan üstə qoyub özüdə getdi belə. Korrupsiya, naşılıq, biabırçılıq,süründürməçilik və lütfikarlıq sahəsində nə baş verir?BUNLARIN TUFAN ETMƏSİNİN SƏBƏBKAR KİMDİR.Sözsüz hörmətli S.Müslümovdur. Bu qurumun yerlərdəki bəzi infrastrukturları da bərbad haldadır. Bu məmurlarda laqeydlik, özündənrazılıq və arxaynçılıq və s.haradandır?

SUAL 2018-05-08 10:25:39

AZƏRBAYCAN BƏLKƏ DƏ YEGANƏ OLKƏDİR Kİ, AYLİQ ƏMƏK HAQQİ 500-1000 MANAT OLAN ƏMƏKCİLƏRİN ƏKSƏRİYYƏTİ BANKLARA BORCLU OLDUĞU HALDA, İLLİK RƏSMİ GƏLİRLƏRİ HEC O QƏDƏRDƏ OLMAYAN MƏMURLARİN MİLYONLARLA MALİ, MULKU, QİZİL ZİYNƏT VƏ ƏN BAHALİ ABTOMOBİLLƏRİ VAR. BU NƏ YA? BELƏ İŞ OLARMİ? BUNU BİLMYN VARMİ? BUNU GOR BU QOCALARİN TURMƏLİK HALİ OLMASA DA, HƏQİQƏTƏN DOVLƏT BUDCƏSİNDƏN OĞURLADİQLARİ MİLYONLARİ YERİNƏ QAYTARMAQ LAZİMDİR. DOVLƏT BAŞCİSİNİN ETİMADİNDAN İSDİFADƏ EDİB BUDCƏNİ TALAYİRLAR İLAHİ OZUDƏ NECƏ?

ƏDALƏT 2018-05-08 10:25:39

1.Komputer sistemindən hesabına birdəfəyə 30 min manatdan yuxarı vəsait köcürülən pensiyacıların siyahısı cıxarılıb yoxlanılmalıdır 2.Əmək kitabcaları yoxlanılmalıdır.Məsələn kadrlar şöbəsinin müdiri Qurbanəli Əsədov həmin nazirlikdən ixtisara düşüb.5 il işsiz qalıb Sonradan saxta firmalar möhrüylə orada işləyir.Əjdər ol ondan istifadə edib bütün savadsız qohumlarını oraya yerləşdirib,korrupsiya və rüşvət mühiti yaradıb

Son yazılar