PAŞİNYAN ERMƏNİSTANIN BAŞ NAZİRİ OLDU - 59 deputat lehinə səs verib

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçilib. APA-nn “Aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib.

Səsvermə zamanı 59 deputat "Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.

Qeyd edək ki, mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib.

Xatırladaq ki, deputat N. Paşinyan aprelin 13-dən İrəvanda başlayan kütləvi etiraz aksiyalarına rəhbərlik edib. Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış ediblər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefa verib.

635x100

Şərhlər

oxucu 2018-05-08 13:49:55

Əvvala "Azpolitika.info"ya səmimi təşəkkürlər ki, saytda şərh yazmağa imkan verilir. Saxta, düz sözü eşitmək istəməyən qəzet və saytlarda bu imkan yoxdur. Qaldı ki, Paşınyanın baş nazir seçilməsi, bu xəbərə Azərbaycandakı mövcud hakimiyyətə nifrəti olanlar sevinirlər. Xalqın sərvətini, səsini, oğurlayanlar, normal insanların gəncliyini, həyatını, demokratik idealları puç etmiş, ölkəni dünyada nüfuzadan salan korrupsiyalaşmış bu hakimiyyət nümayəndələri isə çox qorxur, necə deyərlər "üyüdür"!

Koxa 2018-05-08 13:49:55

--------------

G.M 2018-05-08 13:49:55

Erməni milləti Dünya Dövlətlərinə və Demokratiyaya doğru iri bir addım atdı və Demokratik imic qazandı..Allah bizi tamahımızdan və ermənilərin bu ``iri addımından`` qorusun.

Son yazılar