Paşinyanın Şuşaya getməsinə Azərbaycandan cavab... - "Qıçları qırılsın!"

Ermənistanın yeni baş naziri Nikol Paşinyan sabah Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edəcək. Məqsəd isə Şuşanın işğalının 26-cı ilini qeyd etməkdir. Bundan başqa, yeni baş nazir işğal altındakı bölgədə yerləşən hərbi hissələrdə də olacaq.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az saytına danışarkən Nikol Paşinyanın bu addımını belə dəyərləndirib:

“Nikol Paşinyanın Şuşaya getdiyi yerdə qıçları qırılsın! Hazırda Paşinyanın baş nazir kimi nə edəcəyini, bundan sonra hadisələrin hansı istiqamətdə davam edəcəyini demək mümkün deyil. Çünki Paşinyan gərək öz komandasını yığsın və mövqeyini bildirsin. Zamanla onun nə etmək istədiyini görəcəyik. Paşinyan hər halda Ermənistan xalqının nümayəndəsidir. Biz onun Serj Sarkisyan, ya da Robert Koçaryan kimi hərəkət edəcəyini, yoxsa siyasətini dəyişəcəyini bilmirik. Yeni baş nazir işğalçılıq siyasətindən əl çəkərsə, ermənilər qonşuluq etmək istəyəcəklər”.

B.Səfərov qeyd edib ki, N.Paşinyanın əsas məqsədləri zamanla bilinəcək:

“Bəs Paşinyan hara getsin? Türkiyəyə, ya Azərbaycana? Əlbəttə, o, xalqın arasında jest etməli, yalandan atılıb-düşməlidir. Ermənistandakı proseslərin necə olacağını, Paşinyanın kim olduğunu görmək zaman tələb edir. Amma yeni baş nazir Ermənistanı işğalçılıq siyasətindən daşındırmalı və Azərbaycanın zəbt edilən bütün torpaqları azad olmalı, Ermənistan xalqı da, dövləti də bizdən kömək istəməlidir”.

635x100

Şərhlər

Şuşalı 2018-05-08 17:23:08

Danişdırmayın danışmasın! İldə bir dəfə dillənirlər, qatıqlayırlar...O adam ki, ömründə bir dəfə prezident apardığı iclasa gəlır, orada da yatır.. bunnan nə ğözləyək? Danışdırmayın, qoyun kişi Şuşanın problemlərini həll etsin...görün nə çox əhalisi var, şəhərin nə qədər qayğısı var...

Analitik 2018-05-08 17:23:08

Pashinyan bu postda chox qalmayacaq! Bu da, novbeti (neche terefli ve + cahshdirici) bir oyundur!.. Bu ishlerin esl dunyavi "idarechilerine" (maliyye ve "hokmranliq"la beraber) vaxtlar lazim olub.. Yoxsa, bu qeder menasiz iller niye gede-gede dururdu?! Yeqin ki, anlayanlar anladi.. Sade bir orta misalla da.. Eger bir yoldashin yanina gedirikse ve uzagi 1-2 defeye hell ola bilen mesele illerle chekirse, demek bu uzatmalarin azindan 3 behanesi vardi.. 1.Onun ozu. 2.Senin sehvin. 3.Buna imkan vermeyenler..

R-n 2018-05-08 17:23:08

Bu ....ulduz etmisiniz.Axi bu sayti ushag,gadin izleye biler,gorxa bilerler...

ilham 2018-05-08 17:23:08

Kİşisən o boyda vücudun var get Şuşanı vuruş düşməndən al da,arvad kimi qarğış edirsən.

hespe 2018-05-08 17:23:08

A ........o 5 milyonlug villani Shushada alaydin da,sen ki,onlarin ozununkusen...

rewid 2018-05-08 17:23:08

aferin bayram seferov bu gargiwdan vaxtinda serkisyana da edeydin de ondan gorxurdun yoxsa gorxursan ki bu gici girilmiw susani gaytarar birden?

sade xalqin numayendesi 2018-05-08 17:23:08

Men bele basa dusurem ki bu gur igra hakimleri olduqca.biz kox gozlemeli olacagiq Kunki onlara qarabag yox vezife lazimdir

t.ədalət 2018-05-08 17:23:08

Bu münasibət qoca bir həpəndin hədyan qarğışına bənzəyir.Belə bir icma başçısı ilə Dağlıq Qarabağa iddialı olan savadlı ermənilərin qarşısına necə çıxa bilərik?Danışığından savadsızlıq hiss olunanları,nə qədər gec deyil mübarizə meydanından arxada saxlamaq lazımdır..

Azad Qarabaglı 2018-05-08 17:23:08

Hər vəтəndaşımızı ozümdən dəуərli və düşüncəli saуıram. Cənab B.Səfərov, İbrahim xanın ardıcılı-icma başçısı kimi Koçəri Sərkislərdən (Bakısız da) çox üsтün olmalı idi. Ancaq, 30 il uzaqkı Bakı ümidləri Qarabaglıları уanların quluna çevirib, beуnəlxalq hüququn müdafiəsini də feodal şahlıga ümidlər kəsib və hərbi əsarəтdən уeganə çıxış "Baba Уeqa"nın qargışına qalıb.

miri 2018-05-08 17:23:08

Məntiq,savad,ziya,siyasi bilgilər.."fontan vurur". Bu cür adamlar təcili xarici siyasət idarəsinə rəhbərlik etməlidi.

Bayram 2018-05-08 17:23:08

Bayram qarğışa başladısa Paşinyanın evi yıxıldı.Bayramın təbincə desək Paşinyan yəqin Qarabağın təslim AKT-ını imzalamağa gedib.Bu adam bizim olmayan rayonun icra hakimiyyətinin başçısı qismində hər ay maaş alanda görəsən xəxalət çəkirmi?

B.Səfərova 2018-05-08 17:23:08

Onlar atılıb düşmürlər. Onlar iş görürlər. Onlar millətlərini sevən olmasaydı Sərkisyan istefa verib getməzdi.Cənab Səfərov Siz deyə bilərsinizmi ki.... P.S. O, 1-ci səfərəni Rusiyaya-onlara torpaq və dövlətçilik bəxş etmiş ölkəyə edəcək.Sən öz dərdini çək, əgər sənin dərdin yoxdursa millətinin dərdini çək, əgər azərbaycanlısansa.

Mübariz 2018-05-08 17:23:08

Afərin belə olmayan rayonun başçısına.Bu lap arvadların qarğışına bənzəyir ("qıçın qırılsın").Gülməli adamdan arvad qarğışı.Balam Paşinyan bu gün seçilib,sabah Qarabağa gedir.Sən niyə 28 ildir gedə bilmirsən? Qorxursan? Topun,tankın,təyyarələrin,cəbbəxanan,generalların və nəhayət əsgərlərin. Deyirsən torpaq bizimdir.Get da! Nəyi gözləyirsən?Ya öl,ya azad ol.28 ildir yalandan moize oxumaqla donuz darıdan çıxmaz! Qeyrət!

Son yazılar