Tbilisidə azərbaycanlı kommunistin adını daşıyan küçənin adı dəyişdirilir

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Mirhəsən Vəzirov küçəsinin adının dəyişdirilməsi barədə qərar qəbul olunub.

APA-nın yerli bürosunun məlumatına görə, M. Vəzirov küçəsinə 1918-ci ildə Gürcüstan parlamentinin sədri olmuş Nikoloz Çxeidzenin adı veriləcək.

Tbilisi Sakrebulosunun qərarına əsasən Gürcüstan Demokratik Repsublikasının yaranmasının 100 illiyi ərəfəsində paytaxtda ümumilikdə 15 küçənin adı dəyişdiriləcək və onlar respublikanın yaradılmasında rol oynamış şəxsiyyətlərin şərəfinə adlandırılacaq.

Qeyd edək ki, Mirhəsən Vəzirov Şuşada anadan olmuş 26 Bakı komissarından biri olub.

635x100

Şərhlər

t.ədalət 2018-05-08 18:51:21

Bizdə də alovlu kommunistlərin və digər Azərbaycan üçün gərəksiz olan adamların adları divarlardan silinməlidir.Şəhərin ortasındakı küçələrdən biri partiya tarixi insitutunun direktoru olmuş kommunist Əlövsət Quliyevin adını daşıyır.Yaxud,neftimizin rusiyaya axıdılmasına görə "əmək fədaisinə" çevrilmiş kommunist Kaveroçkinin adına hələ də küçə olmasına nə ehtiyac var?Gürcülərin təcrübəsindən öyrənmək lazımdır.

Son yazılar