ETSN-nin yeni loqosu hazırlanacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yeni loqosunun hazırlanması üçün müsabiqə elan edib.

APA-nın xəbərinə görə, müsabiqənin şərtlərinə əsasən loqo özündə nazirliyin missiyasına dair elementləri ehtiva etməli, müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan layihələr təqdim olunmalıdır.

Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Təklif olunacaq eskiz və layihələr may ayının 10-dan 20-dək [email protected] e-mail ünvanına göndərilməli və ya ETSN-nin Ekoloji Təbliğat şöbəsinə təqdim edilməlidir. Təqdim olunan təkliflərə 23 mayadək baxılacaq və seçim ediləcək.

635x100

Şərhlər

Hasan 2018-05-08 19:21:21

Teklif edirem ETSN-nin loqosunda .... Şahin quşları ve erebler tesvir olunsunlar. ....

Son yazılar