“Rus generallardan bir şüşə arağa hərbi texnika alırdım” — Rəhim Qazıyev

rehim-qaziyev“Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, erməni xalqı sülh yolu ilə torpaqları geri qaytarmayacaq”.

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev Nikol Paşinyanın Ermənistanın yeni Baş naziri seçilməsinə münasibət bildirərkən deyib.

R.Qazıyev bildirib ki, bu gün Azərbaycan ordusunun torpaqları tez bir zamanda erməni işğalından azad etməyə gücü var: “Biz gözləməməliyik ki, Ermənistan nə vaxtsa sülhə razılıq verəcək. Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev ordumuzun səfərbər olması üçün əmr verməlidir. Bunun üçün Azərbaycan dövlətinin kifayət qədər gücü və nüfuzu var”.

Sabiq nazir qeyd edib ki, əgər Azərbaycan müharibəyə başlayıb torpaqlarını işğaldan azad etsə, Rusiya heç bir açıq müdaxilə etməyəcək: “Rusiyanı məndən yaxşı tanıyan olmaz. Hər bir dövlətin öz danışıq dili olur. Biz 200 il rus xalqı ilə yanaşı yaşamışıq. Ona görə də rusun dilini biz daha yaxşı bilirik. Mən müdafiə naziri olanda rus generallardan bir şüşə arağa silah, hərbi texnika alırdım. Yəni, Rusiya ilə razılığa gəlmək mümkündür. Digər tərəfdən isə Azərbaycan torpaqları uğrunda hərbi əməliyyatlara başlasa, Rusiya heç bir şəkildə Ermənistanı açıq müdafiə etməyəcək. Bunun da öz səbəbləri var. Birincisi, Ermənistandan daha çox Rusiyaya Azərbaycan lazımdır. Ona görə də Rusiya seçim qarşısında qalsa, Azərbaycana üstünlük verəcək”.

R.Qazıyev Azərbaycan Ali Baş Komandanı tərəfindən müharibə əmri verildiyi təqdirdə müxalifətçiliyi kənara qoyub dövlətin yanında olacağını söyləyib: “Ali Baş Komandan İlham Əliyev günü bu gün müharibə əmri versin, şəxsən mən ən öndə gedib döyüşməyə, əsgərlərə yemək bişirməyə hazıram. Təki torapqlarımız işğaldan azad edilsin. Tam əminəm ki, belə vəziyyətdə digər müxalifət nümayəndələri də dövlətin yanında olacaq”.

635x100

Şərhlər

T.Ədalətə cavab 2018-05-08 20:44:50

Mən heç kimi tərifləmirəm.Tarix ən böyük hakimdir.Yenə deyirəm tarix kimin kim olduğunu göstərəcək.Azərbaycan torpaqlarının nə üçün işğal olunduğunu hamı yaxşı bilir.

Şəkili 2018-05-08 20:44:50

Ay Rəhim,sənə bu lazımdı? Nə olub.keçib.Sən bir arağa silah aldın,sonra nə oldu? Niyə ağrımayan başına sarımsaq qoyursan?Qal,qaldığın yerdə.İndi bu yaşda sənə ÇP lazımdır?

t.ədalət 2018-05-08 20:44:50

HÖRMƏTƏ: Sən Rəhim Qazıyevi bu millətə tərifləmə.Onun özünə müavin təyin etdiyi separatçı Əlikram Hümbətovun səsi indi ermənistandan gəlir. Vətəni sevənlər Ə.Hümbətov kimisini yanına yığmazdı.R.Qazıyev hərbiçi kimi piyada idi.O,siyasətçi kimi oyuna qoşulmuşdu.... özünə sərvət toplayırdı.Xalqı aldatmaq üçün Şuşaya da gedirdi.Amma nə xeyri?Heç bir uğura imza ata bilmədi.General Şerbak isə Moskvanın tapşırığı ilə kimlərlə lazım olurdu,onlarla "dostluq" qururdu..

Mühəndis 2018-05-08 20:44:50

Rəhim Qazıyev ağsaqqal insansınız.Xahiş edirəm heç kimə fikir verməyin."İt hürər karvan keçər".62 yaşım var.Bütün proseslər gözümün qabağındadır.Hörmət,Qaya kimi şərhçilərin fikri ilə qatılaşıram.Hamı(50-75 yaş arası insanlar)bilirki,bu oyunların (Qarabağ məsələsi)səbəbkarları və nəticədə indi mühüm postları zəbt edib dağıdan bəzi məmurlardı.Vətən, Torpaq,Millət,Xalq onlar və bunlar üçün gülüncdür.2018-ci ildə gizli bağlanmış(25 illik)müqavilənin vaxtı çatır.AR KTM-ə qoşulacaq.......

Adil 2018-05-08 20:44:50

Bu danışıqların nə əhəmiyyəti var? Torpaqlar ki, 25 ildir ermənilərin əlindədir. Hal-hazırda heç kimin lovğa-loğva danışmağa haqqı yoxdur. O insanın danışmağa ixtiyarı olacaq ki, nəyin bahasına olursa olsun, ərazi bütövlüyümüzü bərpa edəcək. O vaxta qədər gərək utanıb yerə girək, çünki uduzmuş tərəfik. Bizim heç 9 May Qələbə gününü də qeyd etməyə haqqımız çatmır. Hitlerə təslim olmayan torpağı neft və hakimiyyət naminə erməniyə bəxşiş ediblər.

cız-bız 2018-05-08 20:44:50

Sən onun əlində bir oyuncağa çevrilmişdirn, indi gəlib camaata dərs verirsən.

Hörmət 2018-05-08 20:44:50

R.Qaziyev siz Rzalara,R-nlərə,t.ədalətlərə və Vanqalara fikir verməyin. Hərə öz düşündüyünü yazır.Bəziləri şərh yazmaq xatirinə heç bir analiz aparmadan şərh yazırlar.Tarix kimin kim olduğunu müəyyın edəcək.

t.ədalət 2018-05-08 20:44:50

Rəhim sənin bankın pullarını silah almaq adı ilə nazirliyə gətirdiyin həmin dövr adamlarına məlumdur.Sən mütəllibovçu Rüfət Ağayevi,Baba Nəzərlini özünə müavin gətirmişdin.Mən həmin dövrdə mçüd.nazirliyində işləyirdim.İşçilərə təpik atmağından tutmuş hər cür əməllərin mənə məlumdur.MTN həbsxanasından qaçmağınadək hər şey ortadadır.....Sən layiq olmadığın müd.naziri postunu zorla tutduğunla da xalqımıza böyük xəyanət etdin.

qaya 2018-05-08 20:44:50

Men Rehim Qaziyevin hansısa torpaq satmağına inanmağı sadelövlük hesab edirem.En azından bu insan her gün Elmler Akademiyasının yanınada rahat şekilde gezdiyini görürem.Eger veten xaini olduğuna semimi qelbden inanan varsa yaxınlaşıb onunla söhbet edə biler Yox işinin öhdesinden lazımı qeder gelib gelmemeyi basqa söhbetin mövzusudu.Çünki men bildiyim qeder Rehim müellim ixtisasca Riyaziyyat müellimi idi. Müdafie NAziri özüde müharibe şeraitinde daha peşekar kadr teleb edirdi.Meselen rehmetlik Mehman Elekberov Ancaq sexsen men Rehim Qaziyevin milletini sevdiyine subhe etmirem.

Rəhim Qaziyev 2018-05-08 20:44:50

t.ədalətə-insan bildiyini,əlində olan fakta əsaslanaraq,başı cixan işlərdən danışmalıdır.Sən də,yazdığın " taladığım bank pulları"na aid olan sənədləri gətir,haraya,kiminlə istəyirsən gəl, video-kamera qarşısında görüşək.Əgər,sənə həqiqət yox,kimlərinsə sifarişi ilə ünvanıma şər-böhtan atmaq tapşırığı verilibsə,onda işin irəli.Hərə çörəyi bir yolla qazanır.sənin də qisşətinə başqalarının ünvanına böhtan demək düşüb.Özünə hörmət qoymaya bilərsən,heç olmasa möhtərəm oxuculara hörmət qoy!!! Mən hazıram. ,

elxan 2018-05-08 20:44:50

Есть изречение умных людей: Умные люди полны сомнений, придурки полны уверенности!!. Не хочу оскорблять чью то честь и достоинство. Товарищ Газиев, если как Вы утверждаете,что за бутылку водки Вы покупали оружие и технику,так что Вам мешало за ящик водки купить остановить оккупацию какого либо района??? Всем известно,что оккупировали районы не армяне. Неужели Вы считаете себя более умным и способным,чем Алиевы,которые не могут с кем то договориться? Политика не место дилетантов.

VANQA 2018-05-08 20:44:50

....Silah alana baxe......Ay sadelovh seni ruslar konfet verib aldadirdi.Yaxsiki H.Aliyev senin kimilarin planini pozdu.Indi vatan yadina dusub.

t.ədalət 2018-05-08 20:44:50

R.Qazıyev yaranmış vəziyyətdən istifadə edib müharibə adı ilə Azərbasycanı xaosa sürükləmək istəyir.R.Qazıyev rusiyanın inanılmış agenti , Mütəllibovun və R.Ağayevin sağ əli idi. MTN-nin həbsxanasından da elə Rusiya xüsusi xidmət orqanı tərəfindən qaçırılmışdı.İndi,guya,"bir arağa rus generalları ilə iş görən" R.Qazıyev,nazir olanda dövlət bankını talan edir,xalqın topladığı müdafiə pullarını isə boş yerə dağıdırdı.Yalançı "vətənpərvərlik" yetər!Boş yerə xalqın balalarını qırğına vermək olmaz!

R-n 2018-05-08 20:44:50

Daha ne ikinci Shsha,ne de ki,Garabag var,neyi satmag fikrine dushmusan?Galdi emre,gozleme,onlar,hec serhed zonasina gede bilmirler.Neynemek olar,"kosmik inkishaf"in gaydalari beledir...

Hacı Nuh 2018-05-08 20:44:50

Siуasi eliтamız bu günə qədər xalqımızın demokraтik seçim və mülkü haqqını kəskin qoуmaуıb. Keçmiş Nazir də ardıcıl kəskin siasə əvəzinə pop-şüar verən məgzsiz danışıqlara üsünlük verib? Prezidenтliуə namizədlər debaтda уekdilliklə hərbçilərin Qarabagı тərk eтməsinə ulтimaтum qərarına gəldilər! Bir aу keçib, heç тəhlükəli İrəvan hadisələrinə qarşı parтiуa və dovləт bəуanaтları səslənmədi? Cənab keçmiş nazir Siуası dünуa nədən bilsin ki, rəsmi Bakı daşnaqpərəsт deуil və xalqının hüquqlarını тələb edir?

Rza 2018-05-08 20:44:50

Rəhim sən doğurdan da bu xalqın bu millətin .....

ayzek 2018-05-08 20:44:50

RƏHİM BƏY! HƏLƏ ROMAN ANDREYEVİÇ NİXAYLOV ÖLMÜYÜB Kİ,KİMSƏ KİMİNLƏSƏ ƏMRİLƏ GEDİB 1 QARIŞ TORPAQ ALA! CASUS ADIYLA GÜLLƏLƏNƏN ZABİTLƏRİ UNUTMA!

Son yazılar