AZAL ŞEFİNİN ARVADI 31 MİLYONLUQ OTEL TİKDİRİB! - "Qrand Qloriya" gələn ay açılır + FOTO

Batumidə yeni beşulduzlu "Qrand Qloriya" oteli açılır. Bu barədə Acariya hökumətinin məlumatında deyilir. Otelin rəsmi açılışı iyuna planlaşdırılıb. Acariya hökumətinin başçısı Zurab Pataradze və Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə oteldə vəziyyətlə tanış olublar.

Layihənin investisiya dəyəri 31 milyon dollar təşkil edir. Hazırda oteldə 100 nəfər işə düzəlib. Batumi mətbuatının məlumatına görə, yeni mehmanxananın tikintisinə 2012-ci ildə başlanılıb, ancaq sonradan dayandırılıb.

Yeddi il öncə, 2011-ci ilin iyununda 1 hektaradək torpaq sahəsi simvolik olaraq 1 lariyə AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya verilib. "Qloriya" şirkətinin 50,8 % payı Z. Həmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovlara məxsusdur. (Turan)

 

635x100

Şərhlər

Sakitə əlavə 2018-05-09 01:00:32

Elə ölkəni talayanlar,oğrular,büdcə yeyənlər .....! .....Nazirlər,Komitə sədrləri,İcra başçıları öz işləri ilə bunu təsdiqləyiblər.Hələ Əli Əhmədovla.Siyavuş Novruzov tərifləməkdə,YAP-çı deputatlar maaş artımı tələb etməkdə davam edirlər. Sanki bizə Amerika kimi varlı dövlətdə insanlara xoş həyat bəxş ediblər.

çay fabrikində işləmiş 2018-05-09 01:00:32

Zərifə Həmzəyeva həm də İdeal və Gazelli parfumeriya şəbəkələrinin də şefidir.Bəh, bəh... orada baş verənlər də göz qabağındadır. Hələ anası sovet dövründə çay fabrikinin direktoru işləmiş Həmzəyevanın dövlətdən oğurladıqları da ona qalıb. Bunlar oğurluqla yaşamağa alışmış adamlardırlar!

Cəlal 2018-05-09 01:00:32

Ölkə sanki özbaşınalıdır.Bir kasıb iki kubiki üst-üstə qoymamış polislər başının üstünü kəsib,qanundan danışırlar.Bəs bunlara qanun aid deyil? Bu necə məmləkətdir? Ona görə imkanı olan çıxıb gedir buralardan,(.mahnıda deyildiyi kimi.)

Veteran 2018-05-09 01:00:32

Yoxun uzu qara olsun! Yeqin ki, imkan buna catib, inaniram ki, olsaydi 100 milyonlugunu tikdirerdi

Ahmet Toykar 2018-05-09 01:00:32

bu hanım dolaylı da olsa ....

seymur 2018-05-09 01:00:32

.

ilqar 2018-05-09 01:00:32

goren hansidi...........

AAgahuseyn 2018-05-09 01:00:32

Mən əminəm ki,Zərifə xanım öz halal qazancıyla o oteli tikməyib.O pullar AZƏEBAYCAN Xalqına məxsusdur.Oğurudan əmlak xalqa qaytarılmalıdır.OQURLANAN 31 milyon Azal üçün elə də böyük rəqəm OLMASA DA XALQ ücün kifayət qədər böyükdür.

Sтüardessa 2018-05-09 01:00:32

Şəkildəki işgüzar xanım Sahibkardan çox Qarтal-Cahangir Mələуinə bənzəir.

Sakit-ə 2018-05-09 01:00:32

Onlar xüsusi qrupa daxil edildiyindən sadə camaatın səsi hüquq mühaizə orqanlarına çatmır.Hələ bir fikir ver ki.hətta saytlarda neçənci dəfədir belə məlumatlar gedib,amma diqqət verən yoxdur.Ehtimalən gözləyirlər Cahagir Əsgərov işdən çıxarılsın,sonra səsləri çıxacaq ( bəzi nazir və nazirliklər kimi) Bu YAP-ın yeni metodudur.Axı onun işdən çıxan və ya çıxarılan nazirərinin hamısına cinayət işi açılıb və açılacaq.Bu yeni anlaşılmaz praktikadır.

Kəndli 2018-05-09 01:00:32

Niyə Azərbaycanın hüquq mühafizə orqanları bu işlərin görülməsinn maliyyə mənbələri il maraqlanıb,ictimaiyyətə məlumat vermir.Amma əksinə qıcıqlandırıcı məlumatların( yəni ölkədən oğurlanıb çıxarılan vəsaitin hesabına xaricdə əmlak sahibləri olanları )qabardıılıb cəmiyyət çatdırılması yada düşmür. Bunamı demokratiya deyilir?

Sakit 2018-05-09 01:00:32

İlham Əliyev ölkədəki yaltaqları bir sinif kimi məhv etsə mən onu canla-başla dəstəkliyəcəm.Bu "məmurların" Yer kürəsində yaşamağa haqqı yoxdur.Gözümüzün qabağında malımızı, gələcəyimizi...və s.qarət edirlər ,heç çinqirimizi da çıxarmırıq.Hələ bir ...YAP-n biletini də cibində gəzdirir.Allah sənə qəni-qəni rəhmət etsin ay Sabir.....Kimin xoşuna gəlmirsə mənim bu sözüm, günahı özündə axtarsın!

t.ədalətə 2018-05-09 01:00:32

Gərdəşüm, Azalın şefi necə oğurlayır o pulu? Cahangir o pulu .....onun dilini dabanından çıxarardılar. ...

G.M 2018-05-09 01:00:32

Mən əminəm ki,Zərifə xanım öz halal qazancıyla (Oğurudan,oğuruya haladır )Cahangir Calaoviçin iştirakıyla xeyli vəsaitə sahibdir.Və 31 milyon Azal üçün elə də böyük rəqəm deyil.

PirVerdi 2018-05-09 01:00:32

Uçaq sərmaуəsi?

t.ədalət 2018-05-09 01:00:32

"Azal"ın ziyanla işləməsinin səbəbi məlumdur.Oğurluğa görə heç kimə cəza verilməyəndə belə olur.Dəhşətlisi odur ki,"Azal"ın şefi oğurluğunu heç kimdən gizlətmir.N.Vəzirov küçəsindəki çoxmərtəbəli mülkünün də dəyəri on milyonlarla ölçülür.

------------ 2018-05-09 01:00:32

Belə məlumatlar senssasiya sayılmır.Bunu hamı bilir ki,yuxarıdakılar hər biri saysız hesabsız obyektlər tikdirib və alıblar.Həmin əmlakların böyük hissəsi xaricdədir.Bunun biz "sadə insanlara heç bir dəxli" yoxdur.Yəni biz kimik ki,buna mane olaq.Qısası hər şey ortadadır.Sübuta ehtiyac yoxdur.

Vəli 2018-05-09 01:00:32

SÖKÜB DAĞITMA PROSESİ DAVAM EDİR VƏ KİMLƏR?

R-n 2018-05-09 01:00:32

"Burda ne var ki,bineva Janik olkede geden islahatlara uygun hereket edir de...Siz de bashlamisiz ki,Janik geldi,Janik getdi.Sabotaj ishi aparmayin.".

AYNUR 2018-05-09 01:00:32

ATLAS MED CENTER KLINIKASI COX PISDI HAMINI ALDADIRLAR MESLEHET QORMUREM ORA BAZARDI

Son yazılar