TRAMP QƏRARINI AÇIQLADI - ABŞ İranla nüvə sazişini tərk edib!

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Donald Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib.

“Əslində, saziş İrana uranı zənginləşdirməyə və yekunda nüvə sıçrayışına nail olmağa imkan yaradıb”, - deyə D.Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

“İndi bizdə əsaslı təsdiq var ki, İranın bu vədi yalan imiş”, - deyə D.Tramp qeyd edib.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-05-08 22:47:02

İran ABŞ-a 1979-cu ildə elə bir yumruq vurub ki,indidə ABŞ onu unuda bilmir.2019-cu ildə 50 il olacaq ki,ABŞ bu yumruğun ağrısı çəkir. ABŞ 2019-cu ildə yenidən bu regionu qarışdırmaq istəyir.Çunki bu mənfur araqarışdıran ABŞ bu regionun inkişafını həzm edə bilmir.Türkiyə,İran, Rusiyanın və bölgənin digər dövlətlərinin yaxınlaşması onların yuxusuna haram qatıb.

Son yazılar