«Türkiyə Qərbin Balkanlarla bağlı planlarını pozur» - Ərdoğan

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Türkiyə Qərbin Balkanlarda böhran və qeyri-sabitik yaratmaq planlarını pozur və Ankaranın bölgədə fəallığı onun tənqidi ilə üzləşir.

Bundan əvvəl Fransanın Prezidenti Emmanuel Makron Avroparlamentdə çıxışı zamanı Balkanları Avropa İttifaqı, Türkiyə və Rusiyanın maraqlarının toqquşduğu məkan adlandırıb. Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hami Aksoy isə bəyan edib ki, Ankara belə yanaşmanı qeyri-konstruktiv hesab edir.

«Qərb ölkələri bizim Balkanlardakı fəaliyyətimizə, təşəbbüs və səylərimizə qısqanclıqla yanaşırlar... Biz görürük ki, Serbiya, Bosniya və Hersoqovina ilə sıx əməkdaşlığımız kimlərinsə xoşuna gəlmir. Onlar bizim hərəkətlərimizin mahiyyətinə kölgə salmağa çalışırlar, nədən ki, bizim əməkdaşlığımızın müsbət nəticələr verməsi onları narahat edir. Türkiyənin səyləri onların planlarını pozur - bu planlar böhran və qeyri-sabitlik yaratmağı nəzərdə tutur» - deyə, Ərdoğan Serbiyanın Prezidenti Aleksandr Vuçiçlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Ərdoğanın sözlərinə görə, Qərbin yaratdığı maneələrə baxmayaraq, Türkiyə Balkanlarda intensiv fəaliyyətini davam etdirir - xüsusilə də Türkiyənin əməkdaşlıq və koordinasiya agentliyi vasitəsilə.

«Məsələn, Türkiyə bölgədə bütün tarixi abidələrin bərpası üçün bütün lazımi səyləri göstərir. Biz, bundan sonra da bu ruhda fəaliyyət göstərəcəyik» - deyə, Türkiyə Prezidenti əlavə edib.

Vuçiç də öz növbəsində, Türkiyəni Balkanlarda aparıcı güc adlandırıb və bildirib ki, bu mövqeni nəzərə almaq vacibdir: «Türkiyənin Balkanlarda iştirakı bizim üçün olduqca vacibdir - həm siyasi, həm də iqtisadi aspektdə. Bizim Türkiyə ilə həmkarlıq münasibətlərimiz bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfəsini verir».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar