Forbes Putini dünyanın ən nüfuzli insanı titulundan məhrum etdi

Rusiya prezidenti Vladimir Putin son beş il ərzində ilk dəfə olaraq “Forbes”un dünyanın ən nüfuzlu insanlarının reytinqində liderliyini əldən verib.Lenta.ru-nun yaydığı məlumata görə, nəşrin reytinq cədvəlində birinci yerə Çinin dövlət başçısı Si Cinpin qalxıb.

Siyahını hazırlayan analitiklər, bunu Si Cinpinin başqa liderlərlə müqayisədə hakimiyyətini daha yaxşı möhkəmləndirməsi ilə əsaslandırıblar.

“O, Çində Mao Tzedunun dövründən bəri görünməmiş şəxsiyyətə pərəstişdən bəhrələnir”, - deyə jurnalda qeyd olunub.

Vladimir Putin siyahıda ikinci yerə düşüb, ABŞ prezidenti Donald Tramp isə üçüncüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar