AYDIN ƏLİYEV DƏ İSTİNTAQA CƏLB OLUNUR - Yeni həbslər gözlənilir...

Dövlət Gömrük Komitəsində və strukturlarında kadr dəyişiklikləri, islahatlar və araşdırmalar davam edir. Komitədə rəhbərlik dəyişdiriləndən sonra Aydın Əliyevin üsul-idarəsi də ləğv olunur. Gələn məlumatlara görə, ötən il 25 illiyi qeyd olunan komitədə genişmiqyaslı əməliyyatın davamı da ola bilər. Gerçəkləşən əməliyyatın köhnə kadrların “təmizlənməsinə” hesablandığı bildirilir.

Yada salaq ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri ötən gün birgə məlumat yayaraq komitədə baş tutan əməliyyat haqda ictimaiyyəti bilgiləndiriblər.  Məlumatda qeyd olunur ki, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Anar Kamran oğluna Məmmədov məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108 min 819 manatlıq müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426", ”Təbib" apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb. İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm şəkildə təşkil ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 faizi dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

DTX dərman əməliyyatı ile ilgili görsel sonucu

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Maraqlıdır ki, hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin infrastrukturu beynəlxalq standartların tələblərinə cavab verir. Bunu Gömrük Komitəsinin rəsmi saytından da oxumaq olar, ən müxtəlif tədbirlərdə gömrük rəsmilərinin dilindən eşitmək də mümkündür. Bakı Hava Limanında ümumi gömrük ərazisi müşahidə kameraları vasitəsilə 24 saat ərzində izlənir, sərnişin zallarında 20-dən artıq, yük terminalında 3, yerlərdə isə 6 monitor quraşdırılıb. Həmin texnoloji avadanlıqlar ən yüksək tələblərə cavab verən, dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan avadanlıqlardır. Bəs necə olub ki, bir yük maşını dərmanı hava limanından keçirib? Bu sıradan bir hadisədirmi?

Aydın Əliyev ile ilgili görsel sonucu

Dövlət Gömrük Komitəsininin yüksək vəzifəlilərinin adının da dərman qaçaqmalçılığına qarışmasını əslində illərlə mətbuatda yazılan məlumatların təsdiqi kimi də qəbul etmək olar. Belə çıxır ki, gömrükçü məmurlar dərman preparatlarını şəxsi maraqları üçün - 25 faiz haqq almaqla ölkəyə keçirilməsinə imkan veribsə, digər qiymətli əşyaların da başqa ad altında ölkəyə keçirilməsi hallarına yol verə bilərdilər. Məsələn, brilyantı adi şüşə, qızıldan hazırlanmış zinət əşyalarını mis və ya digər daha ucuz materialdan hazırlanan zinət əşyası kimi rəsmiləşdirib ölkəyə keçirilməsini təmin edə bilərdilər.

Bunu hava limanındakı gömrükçülər özbaşına, yuxarılara məlumat vermədən edə bilərdilərmi?

DTX dərman əməliyyatı ile ilgili görsel sonucu

Əlbəttə ki, yox. Uzağı 1-2 dəfə belə hərəkətlərə yol versəydilər, növbəti dəfə kənar bir qurumun deyil, elə DGK-nın Daxili Təhqiqatlar İdarəsi rəsmilərini qarşılarında görərdilər. Çünki ərazi 24 saat fasiləsiz olaraq izlənilir! Deməli, ərazidən rəsmiləşdirmə aparmadan mal-material keçirmək istəyən adam izləmə kameralarını “kor” etmək gücündə olmalıdır. Və ya qeydə alınan məlumatların bir kənara tullanmasını, məhv edilməsini təmin etmək iqtidarına sahib səlahiyyət sahibi olmalıdır.

DTX dərman əməliyyatı ile ilgili görsel sonucu

Digər bir maraqlı məqam isə odur ki, DGK-da keçirilən əməliyyat Aydın Əliyev vəzifəsindən çıxarılandan cəmi 1 həftə sonra gerçəkləşdirilib.  Rəsmi məlumata görə isə dərman qaçaqmalçılığı 2016-cı ildən həyata keçirilirmiş. Deməli, istintaq bir qədər ətraflı, geniş aparılsa, Aydın Əliyevin istirahətlə bağlı planları alt-üst olacaq. Yada salaq ki, Aydın Əliyev bu il aprelin 23-də tutduğu vəzifədən uzaqlaşdırılıb. O, işdən çıxarılandan sonra planları haqda danışarkən deyib ki, bir müddət istirahətə üstünlük verəcək. Rəsmi məlumata inansaq, aprelin 30-da isə məlum əməliyyat keçirilib və bu əməliyyat Aydın Əliyevin istirahətinin üstündən xətt çəkmək gücündədir. Onun rəhbərliyi altında çalışmış və hazırda  istintaqa cəlb olunan yüksək vəzifəli gömrük işçiləri barəsində ifadə versələr, Aydın Əliyev də istintaqa cəlb oluna bilər(musavat.com).

635x100

Şərhlər

ARİF 2018-05-09 10:07:59

GÖZLƏMƏK LAZIM DEYİL. ELƏ BİRİNCİ CİNAYƏTİ TÖRƏDƏN ŞƏXSLƏ HAQQ-HESABI ÇÜRÜTMƏK LAZIMDIR.

xuraman 2018-05-09 10:07:59

Aydln Aliyev o qeder savadll emekdaslarl mehv etmisiz meni zerre qeder gunahlm olmadan clxartdlz insallah eledikleriniz qarslnlza clxar

Emin 2018-05-09 10:07:59

Qoqili men öz savadım və bacarığımla işə qəbul olunmuşam. Əgər sən deyən kimidirsə, ekseriyyeti boş-bekar adamlar işə götürülüb. Elə öz adamlarını işə götürüblər ki, heç 1 cümlənin üzdən oxuya bilməyənlər var.

Garib 2018-05-09 10:07:59

Papagi alinin bashindan goturub goydular velinin bashina ....

Garib 2018-05-09 10:07:59

Papagi alinin bashindan goturub goydular velinin bashina ....

Tjinqiz Aliev 2018-05-09 10:07:59

Salam menim Adim Cinqiz Aliev Isvec vetendashiyam Gazax gömruyunde meni 2aydogulduguma peshman etdiler Ajdin Aliyeve erize jazdim 2ildi gözleyirem cavab joxdur 83000€ menim gece gunuz ishleditim alin teriyle gazandigim axirinci pulumu Ajdin Aliyev bashda olmagla Gazaxda Nazim postun reyisi ziyana saldilar.Meni ginamayin Ermeniye girov dushseyfim mene bele zulum etmezdiler Azerbajcanin icinde 16000 min km Gazax Baki arasi 2ayda jol gedib geldim.Video var Azpolitike göndere bilerem ..... Azpolitika.dan: Elektron poçtumuza göndərin. zəhmət olmasa.

EWDER 2018-05-09 10:07:59

AZERBAYCANDA DYZGUN IWLEYEN NAZIRLIK,IDARE YOXDUR.AMMA,GULMELIDI,BIZ INKIWAF EDIRIK.

Qoqiliden emine 2018-05-09 10:07:59

E be sen nehremli deyilsen senin gomrukde ne isin vardi.ozaaa is yeri tapammadin sehv sendedi qaga is yeriii duz secmemisen

G.M 2018-05-09 10:07:59

Dedik ki,Nazirlərimizi işdən çıxardmayın də..Hamısını Kreslosunun altında ``zibil yeşiyi`` var.Qalxan kimi yeşiyin ağzı açılır.Xalqın boğazından kəsib zibil yeşiyinə yığdıqları əmlakın,sərvətin çürüməkdə olan qoxusu çox kəsgin olur.

kazbek 2018-05-09 10:07:59

Aydın Əliyev sadəcə o vəzifəni daşıyırdı rəsmi olaraq, qeyri rəsmi elə Səfər Mehdiyev idi, indi də sədr kimi rəsmiləşdirilib, hec nə dəyişməyib yoxsa! İşdən cıxarılanların da səhvi olub cəzalandırılıb! Deyirəm bizim bu bəzi generallar niyə belə .... olurlar görəsən? Tamahları onları türmələrə aparır, bizim vətəni qoruyan əsl generallar-dan uzaq,hansı ki bu yolda canlarını qoyublar...

Mehdi 2018-05-09 10:07:59

Guya Aydinin yerine qoyulan Aydindan geri qalandi.Bes ele oda bu Aydincikin yaninda muavin olubde.Ozude ele bele muavin yox ey,yeri gelende Aydina gosteris veren.

Emin 2018-05-09 10:07:59

Çox maraqlıdır mən özüm gömrükdə işləmişəmişəm, daydaysız, tapşırıqsız! Amma məni heç bir qanuni əsas olmadan işdən "sifarişlə" çıxardılmışam Aydın Əliyevin göstərişi ilə. Sual yaranır Aydın sən bu qədər talanı, özbaşınalığı görmürdün? Özünə sərf edən rüşvətxorları yuxarı başa keçirmişdin. Bəs bilmirdin 1 gün sənində yerin içəriyə yaxınlaşaq. Nə isə Allah yaxşı adamların canını sağ eləsin. Hörmətlə Emin Əliyev

Hörmətli oxucu! 2018-05-09 10:07:59

Bismillahir-Rəhmanir-Rəhim. Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri birgə məlumat yayaraq əməliyyat haqda ictimaiyyəti bildilrdirilər ki, Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından yük maşınında çıxaran Dövlət Gömrük Komitəsinin məmurları qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. Cümlə Aləm bilir ki, Bakı Karqo kimindir? Onda sual Dövlət Gömrük Komitəsinin məmurları AZAL aviaşirkətinin məmurları ilə əlaqəsi olmasa belə biabırçılıq edə bilərlər? Belədirsə onda məlumatda AZAL-ın iştirakı haqqında niyə yazılmayıb. Bunu məntiqlə izah etmək çox çətindir.

YAP-a Sual 2018-05-09 10:07:59

YAP-çıların içərisində ən salamatı,ehtiyatlısı,sakiti Aydın Əliyev idi.Onun əməllərində cinayət olubsa,artıq bu Aydın Əliyevin yox, YAP-ın günahıdır. ........Görün,hansı nazir,sədr işdən çıxarılan kimi cinayəti ortaya çıxmır?Maraqlıdır,əgər namusludurlarsa elə işdə olarkən yoxlayıb həbs etsinlər də!İşdən çıxarıb,dalınca cinayət işi aşmaq hansı məntiqlə doğru sayılır.Bir də ki,elə bunların hamısı cinayətkardırlarsa,necə və hansı keyfiyyətlərə görə təyin etmişdiniz?

Vətəndaş 2018-05-09 10:07:59

Gömrük təmizlənməsə orada qanuni fəaliyyət mümkün olmayacaq......Ümumiyyətlə strüktür dəyişməlidir.Daş atırsan generala dəyir.O qədər rüşvət yığıblar ki,çin almaq çox ucuz olub. Balam gömrük müharibə meydanıdır ki, orada general olur?Orada stajına,biliyinə görə 1,2,3 dərəcəli gömrük müfəttişi olar.

Pioner 2018-05-09 10:07:59

Aydın Əliyev vaxtilə tələbəlik illərində S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli ADU-nun hüquq fakültəsinin İlk Komsomol Komitəsinin katibi olmaqla savad və bacarığı ilə seçilən tələbələrdən idi. Onunla bir qrupda təhsil alan hazırkı Baş prokuror Zakir Qaralov və bir çox tanınmışlar savad və bacarığına görə Aydın müəllimdən geri qalırdılar.

Leyli Abbasova 2018-05-09 10:07:59

смерть фащистам

Son yazılar