FUAD MURADOV 5 MƏMURU İŞDƏN QOVDU - "Bəziləri bunu düşünmürdü..."

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub.Modern.az saytının əldə etdiyi məlumata görə, Komitə sədri Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib. Digərlərinin isə ərizəsi alınıb.

Xatırladaq ki, Komitə sədri Fuad Muradov prezident İlham Əliyev diaspor işi ilə bağlı çox ciddi tapşırıqlar verdiyini deyib.

O qeyd edib: "Demək olar ki, hər gün yeni istiqamətdə yanaşmalar, eyni zamanda, mütləq qaydada kadr dəyişiklikləri olacaq. Bu istiqamətdə ciddi işlərimiz gedir. Komitənin işində yeni istiqamətlər olmalıdır. Yeni kadrlar müxtəlif dilləri bilməlidirlər. Bu, çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın".

F.Muradov bildirib ki, diaspor işi tək xaricdə yaşayan azərbaycanlılarla bağlı deyil, həm də ölkəmizdə yaşayan əcnəbilərlə bağlı olmalıdır:"Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Bizim şüarımız ondan ibarətdir ki, Vətən uzaqda deyil. Çalışmalıyıq ki, komitəyə xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək. Onların içərisində elm adamları, biznesmenlər və yaxşı mütəxəssislər olmalıdır. Şübhəsiz ki, verilən tapşırıqlar dərhal yerinə yetiriləcək. Kimlər yeni tələbləri, yanaşmaları qəbul edəcəklərsə, onların hamısı işini davam etdirəcək".

635x100

Şərhlər

V. Gogh-a H.Ziуadan 2018-05-09 16:04:05

Necə seçək? ..... Nehrəmlilərin dənizə, xaricə və ərəblərin Azərbaуcan kefinə aтdıgı pullar da analoqsuz inkişaf sтraтegiуasıуmış!?

Van Gogh-dan Muellime yazana 2018-05-09 16:04:05

Belə çıxır ki, indiki məmurlar əzab-əziyyət çəkib bu dövləti qurublar, quranlar da ki, nehrəmlilər olub? Roma imperiyasını təsadüfən nehrəmlilər qurmayıb? Yumor hissiniz deyəsən fontan vurur Maşallah, ya da ki, qızdırmanız qalxıb. Bir də ki, Gömrüyün bura nə dəxli var? Ölkədəki bu cür "sabitlik" də sizin kimi müftəxorlara sərf edir, ona görə də özünüz oturub-durub Şükür edərsiz.

Muellime 2018-05-09 16:04:05

Onlar daginiq hokumeti quranda 90ci illerde ezab eziyyete qatlananda geceler sehere kimi yuxusuz qalib dovletin maraqlari ucun vurusanda sen yeqinki qorxudan colede cixmamisan.nehremliler cani bahasina birlesib bir oldular digerleride onlar kimi olkemizi bugunki sabitliye getirib cixardilar.indi neynesinler gomruyu sene versinler sende dagidasan.olkede hercur sabitlik var allahina sukr ele.rusvete geldikde rusvet herzaman dunyanin butun olkelerinde olub var olacaqda

Müəllim 2018-05-09 16:04:05

Ölkədəki bir bölgə məmurlarınn özbaşınalıqları və cəzasq qalmaları bir çox iş.elm və yaradıcı adamları ölkədən köçməyə məcbur etdi.nəticədə Azərbaycan uduzdu.İndi də həmin adamlarla iş aparmaq düşünürlər.Boş.Adamlar nəyə inanıb.arxayınolub geri gələrlər? Bu günkü vəziyyətdə bu mümkünsüzdür.Səbəbi isə bəllidir.Komediya davam edir.Buradan nəticə alınacağı hələ ki,mümküngörünmür.

Son yazılar