“Trampla güc işlədərək danışmaq daha yaxşı olar” - Əli Laricani

“İran ABŞ-ın qərarı ilə bağlı tədbirlərə başlamazdan öncə bir neçə həftə gözləyəcək”. “Mehr” agentliyinin verdiyi xəbərə görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

Ə.Laricaninin sözlərinə görə, bununla da İran dünyaya problemin sülh yolu ilə həllinə cəhd etdiyini sübut edəcək: "Bu addım ABŞ üçün utancvericidir. Trampın bu qərarına görə ABŞ-a dünyada inamsızlıq artıb. İran isə dialoqa üstünlük verdiyini və problemlərin həllində siyasi yollar axtardığını göstərdi".

İran parlamentinin sədri qeyd edib ki, ABŞ beynəlxalq təhlükəsizliyi riskə atır: “Trampla güc işlədərək danışmaq daha yaxşı olar. Bu vəziyyətdə İran nüvə proqramı ilə bağlı əvvəlki mövqeyindən imtina etməyəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar