Falçı tərəfindən zorlandığını iddia edən daha bir qız danışdı + VİDEO

Zorlanma məsələsində adı çəkilən qızlardan birinin anası “Təmiz Dünya” Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalovanı məhkəməyə verəcəyini açıqlayıb. Minval.info xəbər verir ki, Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində müəmmalı falçı qalmaqalının davamı tamaşaçılara təqdim edilib. Daha bir qız zorlandığını iddia edərək mikrafon qarşısına çıxıb. Falçının evində əsir qaldığını deyən xanım, günlərlə döyüldüyünü vurğulayıb.

Daha sonra teleaparıcı Amil Xəlilin “bu məsələni kim ictimailəşdirdi?” sualına qızın anasından maraqlı cavab gəlib: “Bu işi ictimailəşdirən Mehriban Zeynalova olub. O, mənim qızımı biabır edib!”

Ardınca Amil Xəlil adı çəkilən Mehriban Zeynalovanın yanına yollanıb.

“Təmiz Dünya” Qadınların İctimai Birliyinin sədri bu açıqlamanı böhtan adlandırıb və belə davam edəcəyi təqdirdə həmin xanımı məhkəməyə verəcəyini qeyd edib.

Bundan əlavə, xanım Zeynalovadan inanılmaz açıqlamalar gəlib: “O qız saytlara çıxandan sonra bizə gəlib. Ümumiyyətlə, səhər çıxıb axşam sığınacağa qayıdırdı. Bir dəfə dedim ki, ay qızım, bura istədiyin vaxt gəlib, istədiyin vaxt gedə bilməzsən. Hətta o qız travma alana oxşamırdı. Deyirdi, gülürdü… Bizim psixoloqla belə söhbət etmədi…”

Falçının evindən çıxan qadın paltarlarına da aydınlıq gəlib. Zorlandığını deyən qız geyimlərin ona məxsus olmasını boynuna alıb. Amma…

Daha ətraflı təqdim etdiyimiz videoda izləyə bilərsiz. Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55 də Amil Xəlilin təqdimatında Space Tv -də yayımlanır.

635x100

Şərhlər

Mehdi 2018-05-09 22:06:21

Daha bir qiz danisdi nedi?Ele bu kohne danisan qizdi de.Daha bir qiz danisdi.Demeli bu saytlar bu qazetler yazanda hec neye fikir vermirler.Ellerine aqillarina ne geldi yazirlar,bir birinden kocururler.

Son yazılar