Qoluna güvənənlərin yarışı keçirilib - FOTO

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş qol güləşi idman növü üzrə ölkə çempionatı keçirilib. Çempionatda respublikamızın 30-dan artıq bölgəsini təmsil edən 200 nəfərə yaxın idmançı iştirak edib.

Çempionatın birinci günü Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edib.

Mayın 6-da isə çempionatın açılış mərasimi keçirilib.

Gərgin mübarizə şəraitində keçən yarışda bütün çəki kateqoriyalarında Azərbaycanın ən güclüləri müəyyən edilmişdir. Qaliblər diplom və medallarla təltif olunmuş, həmçinin qiymətli idman qidaları ilə mükafatlandırılmışlar.

635x100

Şərhlər

ayzek 2018-05-09 23:51:23

nə qədər ki, oldan qüvvətli oğullarımız var Qarabağı heç kim bizdən ala bilməz1

Son yazılar