ABŞ-ın Havay ştatı təbii fəlakət zonası elan edilib - VİDEO

ABŞ-ın Havay ştatının qubernatoru Devid İqe Kilauea vulkanının püskürməsi ilə əlaqədar Puna rayonunu təbii fəlakət zonası elan edib.

APA-nın xəbərinə görə, qubernator bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

“Punanın geotermal zonasında fövqəladə vəziyyətdir. Təbii fəlakətlə əlaqədar ABŞ prezidentinə Havay adasına yardım göstərilməsi üçün sorğu göndərilib”, D.İqe yazıb.

Qeyd edək ki, Havay adalarında Kilauea vulkanı püskürməkdə davam edir. Bununla bağlı minlərlə yerli sakin öz evlərini tərk etməli olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar