NAZİRDƏN YENİ RƏİS TƏYİNATI - Kənd Təsərrüfatı kreditlərinə də o nəzarət edəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.“Report”un əldə etdiyi məlumata görə, söhbət Mirzə Əliyevdən gedir.

O, bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-də, "Kapital Bank" ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb.

Xatırladaq ki, indiyə qədər Dövlət Xidmətinə rəhbərlik etmiş Rüfət Rüstəmzadə bu ilin fevral ayında Qida Təhlükəzliyi Agentliyinin sədr müavini təyin edilib. Bu təyinatdan sonra onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Zaur Əliyev icra edib.

635x100

Şərhlər

vətəndaş 2018-05-10 10:25:13

Cənab Nazir Baytarlıq idarələrindən başlamaq lazımdır. Onların hər biri misli görünməmiş var-dövlət sahibi olublar. Hər yerdə antisanitariya hökm sürür, yolların kənarlarında,küçələrdə heyvan kəsintisini həyata keçirirlər......İnsanların sağlamlığı naminə qocalarla vidalaşın.......

Son yazılar