REKTORUN SƏFİR OĞLU İLƏ BAĞLI QALMAQAL - Fəaliyyəti araşdırılır

İspaniya – Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovdan şikayətlənib

Xarici İşlər Nazirliyi Azərbaycanın İspaniyadakı səfirliyi ilə bağlı araşdırmalara başlayıb. Səbəb isə İspaniyadan nazirlik də daxil, Prezident Administrasiyası və parlament rəhbərliyinə göndərilmiş məktublardır. Məlumata görə, İspaniya–Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovun Dağlıq Qarabağ məsələsində davranışları, bu mövzuda müzakirələri qadağan etməsindən şikayətlənib.

“Məktub parlament və Prezident Administrasiyasında müəyyən şəxslərə çatandan sonra Xarici İşlər Nazirliyinə araşdırma aparmaq tapşırılıb”, – mənbə bildirir.

XİN-ə göndərilmiş məktubun surəti də mətbuata təqdim olunub. F.Mustafayev yazıb ki, aprelin 27-də İspaniyanın San-Sebastyan şəhərinin yeni seçilmiş meri ilə görüşündə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin bu şəhərdə təşkili məsələsini müzakirə edib, Dağlıq Qarabağ problemindən danışıb: “Keçmiş merin qondarma Dağlıq Qarabağ Respublikasının prezidentini qəbul etdiyini nəzərə alıb, yeni seçilmiş merə bunun azərbaycanlılar üçün qəbuledilməz olduğunu xatırlatmışam. Bu görüşün Azərbaycan mətbuatında işıqlandırılması üçün press-reliz hazırlayıb, video-foto materiallarla bərabər ölkəmizin mətbuatına göndərdik. Bizi təəccübləndirən və məyus edən bütün məsələlər bundan sonra baş verdi. Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bütün əlaqələrini işə salıb, həmin məlumatın saytlardan silinməsinə nail oldu. Səfirliyimizin əməkdaşları mənə telefon vasitəsilə bildirdilər ki, Dağlıq Qarabağ haqqında danışmağa ixtiyarım yoxdur! İmkan olan hər bir platformada Qarabağ həqiqətlərinin çatdırılması, Azərbaycanın haqq səsinin duyurulmasını qadağan etməyin nə qədər absurd olduğunu qeyd etməyimə heç ehtiyac da yoxdur”.

Səfir Qarabağla bağlı görüşdən imtina etdi

İspaniyada Navarra vilayətinin parlamentində bir neçə il öncə qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyan akt qəbul edilmişdi. F.Mustafayev məktubunda yazıb ki, bu səhvi aradan qaldırmaq məqsədilə bütün lobbiçilik fəaliyyətini həyata keçirib, Azərbaycan səfirinin vilayətin prezidenti, xanım Uşue Barkosla görüşünü razılaşdırıb. Lakin səfir Anar Məhərrəmov bu görüşdən imtina edib.

F.Mustafayev Azərbaycan hökumətindən səfir A.Məhərrəmovun fəaliyyətinin araşdırılmasını xahiş edib və araşdırmalar başa çatana qədər diaspor fəaliyyətini dondurduğunu yazıb: “Son addımı rəhbərlik etdiyim təşkilata və şəxsən özümə qarşı təhqir hesab edirəm. Bu, haqsızlıqdır, vəzifədən sui-istifadədir, mətbuata təzyiqdir, diplomatik fəaliyyətlə bir araya sığa bilməz. Bu məsələyə aydınlıq gətiriləndək mən bütün diaspor fəaliyyətimi dondururmaq məcburiyyətindəyəm.

Mən bir azərbaycanlı kimi həmişə öz dövlətimin, prezidentimin yanındayam. İnanıram ki, bu məsələyə aydınlıq gətiriləcək və Azərbaycan naminə ümumi fəaliyyətimiz zamanı biri-birimizə mane olmaq əvəzinə, dəstək göstərməyin vacibliyi amili bütün digər merkantil maraqlar üzərində qələbə çalacaq”.

Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovdur. 2016-cı ilin aprelindən bu vəzifəni tutan Anar Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur.

635x100

Şərhlər

XAN LENKERAN 2018-05-10 12:27:25

...OLDEEEEE ZULME BOYUN EYEN XALQ.. ..

Muxtar-a 2018-05-10 12:27:25

BDU-də rüşvətin,təhsilin səviyyəsinin düşük olduğu və bunun başında ...durduğu aksiomadır.Yəni sübuta ehtiyacı yoxdur.Ona görə yaltaq şərhlər millətin düşüklüyünü göstərir.Ağıllı olun. Nəyin hesabına isə Nazirliyin yetkililəri buna göz yumurlar.Hələ pullu thsildən yığılan vəsaitlərin həzm-rabedən keçirilməsi sonraya qalıb.

Azəri 2018-05-10 12:27:25

ABEL TÜRK ADI DEYİL BİR AZ MÜƏMMALIDIR. O NƏ MİLLƏTİDİR. HEÇ VAXT BELƏ AZƏRBAYCANLI ADINA RAST GƏLMƏMİŞƏM HEÇ EŞİTMƏMİŞƏM DƏ.

Toğrul 2018-05-10 12:27:25

Inandirici deyil

Abver 2018-05-10 12:27:25

Ehтimal ki, .......... "Qarabag məsələsinə bizsiz bulaşma!" noтunu Xarici İşlər Nazirliуi və N.M. vermiş ola bilər?

Bayrama əlavə 2018-05-10 12:27:25

Məmurların salamatı var ki? Görmürsünüz, onlar öz-özlərini qıçlarını da qırırıar,atalarını da yandırırlar.Onların içərisində salamatı var ki? Gör hələ başda duran neçə nazirin bu qısa müddətdə qıçları qırıldı.İnşaallah bunların hamısını eyni tale gözləyir.İçəriərində bir nəfər belə salamatı yoxdur.Hamısına dosye hazırdır.Vaxtı gəldikcə açılacaq və qılçalar qırılacaq.....

murtuza-AMEA 2018-05-10 12:27:25

iki variant ola bilər. Ya bu adam ....Yəqin yaddaşlarda hələ qalır. Bunun atası belə iddiaya görə bir yazarı həbs etdirmişdi.2-ci variant: uşaq risq eləmir erməni lobbisi ilə konflikti olsun. azmı diplomatı-türkləri öldürüblər. Bu uşaq belə qorxaqdırsa qayıtsin. O bilməlidir ki, O İspaniyadadır, onlar Kataloniyanın neçəncı dəfə dinc yolla belə ayrılmasına imkan verməyiblər. İndi isə 60 il Basqlar silahlı mübarizədən sonra məğlub oldular. Nəticə-bərkiməmiş uşaqlarınızı səfir qoymayın!

Muxtar 2018-05-10 12:27:25

Duwunuremki bu yazinin arxasinda cirkin meqsedler durur.Abel muellimin elmi fealiyyeti ve numunevi tehsil bilicisi oldugunu her kes bilir.Onun ovladina qarwi ise yazini tirajlayanlar ise sadece gozugoturmezlikden bawqa bir wey deyildir.

Amasiyalı 2018-05-10 12:27:25

..... Oğlu necə olmalıdır ki? ........ Azərbaycanı içdən sökür, evini yıxır.

Vekil Sejmur 2018-05-10 12:27:25

Bu insanin terbijesini atasi verib ondan ne istejirsiz ne gozlejirsiz bunlar Azerbajcanin.....

Anakitik 2018-05-10 12:27:25

..Yene de, 1-ci bu hech selahiyyetleri cherchivesinde deyil, o zamanlar getdi.. 2-si orta (ve ortadan biraz yuxari) vezife adamlarinin elece de, rektorlarin, nazir, icra muavinlerinin ne ishleri olsa da, onlar o qeder de agilsiz deyiller ki, sonrasini fikirleshmeyib oz ushaqlarini (xususile de, qeliz meselelerde) oda atalar.. Ortada daxili ve xarici "oyunlar" ve chekishmeler gedir... Gormursunuz, gunde bir xeber eshidirik.. ALLAH sonrasindan saxlasin!

Analitik 2018-05-10 12:27:25

Ozum ali tehsilliyem ve illerle psixoliji tecrubem var.. achigi, bu bir qeder aglabatan gorunmur.. Chunki, 1-ci novbede o ozbashina riske (hech istese de) gire bilmez, bu qurgu da ola biler.. Bele strateji diplomatik meselelerde "ata-baba" ve s. tesirleri otushmur.. Hech birimiz ushaq deyilik, beyem sefir ozbashinadi ki?! 2-ci versiya, bilinmeyen quvvelerin elalti edevetleri ola biler.. Numayendeler ve vezife adi dashiyanlar burdaki rehberliyinden gosterish almasa, kichik bir addim da ata bilmezler..

Bayram 2018-05-10 12:27:25

Məncə ata-bala məhərrəmovlar ya bu yazıya tutarlı cavab verib saytı normal dövlətlərdə olduğu kimi məhkəməyə verəcəklər ya da istefa verib içəri girəcəklər. Və yaxut bayram səfərov bu YAP-çıların qıçlarını qıracaq.

Etimad Kerimov 2018-05-10 12:27:25

Abel Meherremovun oglu tek deyildir. Azerbaycan Xarici Ishler Nazirliyi sisteminde bele anti-milli tefekküre malik rehberlik mövcuddur, onlarin arasinda rusperestler üstünlük teshkil edir, amma iranperestler de az deyildir, bunlarin her ikisi de kripto-...... bu sistemde qoruyub saxlayirlar; yeni Anar Meherromov kimi.... qisa zaman kesiyinde bele rehber vezifelere teyin edilmesinde bu yuxarida sadalanan guvvelerin xüsusi emeyi vardir. Tebii ki, korrupsiya faktoru da mühüm rol oynayir.

Məhəmməd İ. 2018-05-10 12:27:25

Anardan səfir olar? nə olsun Abelin oğludur? Atasının Qarabağa münasibəti necədirsə, oğlununku da elədir...

QArabağlı 2018-05-10 12:27:25

İçərilərimizə soxulmuş.... dəyişmişlərdən nə gözləyirsiniz ki? Azərbaycana Yerevandan gələn bəzi məmurların kökənlərinə diqqət edilməlidir.Ola bilsin onların içində gizli düşmənlər var....Onların mövcudluğu şəksizdir.Yoxsa Qarabağ məsələsini bu qədər il uzatnmaq olmazdı.

Sus 2018-05-10 12:27:25

Məgər bunlara Qarabağ lazımdır?Bunun bariz nümunəsi dünən(9 mayda) Paşinyanın Azərbaycana gəlişinə olan münasibətdir.YAP mediası Paşinyanın gəlişini elə təmtəraqla göstərirlər ki,sanki toy bayramdır. Qarğa-quzğun kimi tökülüblər 80% ərazidəki var-dövləti sormaqla məşguldurlar.Onların içində Abel xüsüsi ilə "aktivdir".Bu gün xalqı elə duruma salıblar ki.....

AYZEK 2018-05-10 12:27:25

....ÖZÜNÜN ERMƏNİLƏRLƏ ......ƏBƏS YERƏ ONUN KURATORU ...................

Vatandaş 2018-05-10 12:27:25

Axı onun na saviyyasi olacaq bir şey ki onun elmi işini Amir müallim yazıb ve kömak edib dipıomu gücla aııb ki Abel müallim ondan al caksin Abel müallim Pul yığmaqdan ev va abyeq almaqdan başqa nasa bilir bayam

G.M 2018-05-10 12:27:25

Ay qardaşlar,görün ki, siz kimdən nə umursunuz.Milli qeyrəti olanın oralarda nə ölümü var.Ona evlərində tapşırıblar ki,başın girməyən yerə bədənini pərçim eləmə..Uşaq neynəsin ki,iddiaları və tamahı qaşısında boy-buxunu yararsızdır.

cek 2018-05-10 12:27:25

........

t.ədalət 2018-05-10 12:27:25

Səfirin mövqeyi xalqımızın adılna təhqirdir.Abel Məhərrəmovun,yəni ......... Bəlkə də elə ona görə uzun müddətdir ki,vəzifədə qalır.Anarın anti-Azərbaycan fəaliyyəti,bəlkə də atasından qaynaqlanır.Hər-halda hakimiyyət bu boyda xəyanəti gizlədə bilməyəcək.

ACI XATİRƏ 2018-05-10 12:27:25

70-ci illərdə ölkə səhnəsinin parlaq “ulduzlarından” biri də o zamankı Azərbaycan SSR-in xalq artisti Nauri Allahverdiyan idi. Ortabab müğənninin adı Azərbaycanın görkəmli sənətkarlarının ilə yanaşı çəkilirdi. Müğənninin olduqca seksopil görünüşü var idi, “Playboy” jurnalında dərc oluna biləcək qədər... O zamanlar Bakının köhnə məhəllələrində belələri üçün deyərdilər ...”adam ölər səninçün”...))))))... Nə isə... Bu “sənətkar” fəaliyyətdə olduğu illər ərzində Azərbaycan sənətinə heç nə verməsədə Dağlıq Qarabağda Stepanakertin (indiki Xankəndinin) abadlaşmasında böyük xidmətmələri olmuşdu, burada məskunlaşan yerli azərbaycanlıların mənafeləri, mənəvi dəyərlərinin əzilməsi hesabına..... Nə üçün indi yadıma düşdü???....Sadəcə 70-ci illəri xatırladım..... ayrılan vəsaitlər Azərbaycana məxsus olan vəsaitlər idi, SSRİ-in ümumiləşdirilmiş fondundan məqsədli olaraq Dağlıq Qarabağ üçün ayrılmamışdı...P.S.El-obadan neqativ ənənələrin, individlərin təmizlənməsi mümkünsüz görünür - təmizləndikcə replikasiyası daha sürətlə gedir, təəssüfki...

matin 2018-05-10 12:27:25

Ağdamlı Qərbi AzərbaycanlıAbel oğlunu 2016-ci il aprel doyüşləri zamanı təyin etdirmişdi.O zaman o minlərə universitet tələbələrini həyətə mitinqə çıxartmışdı.Yəni"yığışaq GEDİN cəbhəyə", oğlum da İspaniyaya. Bu adamın alimliyi də böyük şübhələr doğurur, bir adam ildə 20-30 məqalə yaza bilərmi! Ruslar vasitəsi ilə! Bu səfir məsələsi və elm sıx bağlıdır. Fizikada bir təyin edilmiş naxçıvanlı müxbir üzv var-Səlimə Mehdiyeya-oğlu Meksikaya səfir təyin olunub. Qarabağ onların nə vecinə. Əsas problemsiz yemdir!

Son yazılar