Etirazçılar Yerevanda mərkəzi küçələri bağlayıblar - YENİLƏNİB

Nümayişçilər Yerevan şəhərinin meriyasının qarşısında küçələri bağlayıblar və mer Taron Markaryanın onlara yanına düşməsini tələb edirlər.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Yolların bağlanması nəticəsində meydana gələn tıxaclarda diplomatik nömrələri olan avtomobillər də qalıb.

* * *

Yerevan meriyasının binası qarşısında etiraz aksiyası keçirilir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, etiraz aksiyasının iştirakçıları Ermənistan paytaxtının meri Taron Markaryanın istefasını tələb edirlər.

Etirazçılara Yerevan Ağsaqqallar Şurasında "Ərik ölkəsi" fraksiyasının rəhbəri Zarui Postancyan da qoşulub.

Tədbirin təşəbbüskarları aksiyanın baş nazir Nikol Paşinyan və onun komandası ilə heç bir əlaqəsinin olmadığını bildiriblər.

635x100

Şərhlər

AYZEK 2018-05-10 15:16:44

HACIRBALA YAXŞI ARADAN ÇIXDI.

Son yazılar