"26 qurum 83,3 mln. manat məbləğində vəsaiti səmərəsiz istifadə edib" - Palata

Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub.

Sənəddə bildirilib ki, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.

Hesablama Palatası bəyan edib ki, bu istiqamətdə qanunvericiliyin tələblərinin gücləndirilməsi ümumilikdə vəsaitin təyinatının dəyişdirilməsi hallarının azalmasına səbəb olub.

Bundan başqa, nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.

635x100

Şərhlər

AYZEK 2018-05-10 15:08:35

HƏR YERDƏ SƏMƏRƏ AXTARIRSIZSA MİLLİ MƏCLİSİ,NAZİRLƏR KABİNETİNİ,AZTV-Nİ,AMEA-NI VƏ S. LƏĞV ETMƏK LAZIMDIR.

Son yazılar