Satınalmalarla bağlı dövlət qurumlarında nöqsanlar aşkarlanıb

Hesabat dövründə nəzarət tədbirləri malların, işlərin və xidmətlərin satın alınmasına yönəldilən 1 mlrd. 707,07 mln. manat vəsaiti əhatə edib, 2017-ci ildə beynəlxalq və yerli maliyyə təşkilatlarından alınan kreditlər hesabına həyata keçirən layihələr üzrə 133,4 mln. avro, 206,7 mln. dollar məbləğində malların, işlərin və xidmətlərin satın alınması ilə bağlı müqavilələr bağlanılıb, müqavilələrin icrası beynəlxalq təşkilatların müəyyən etdiyi satınalmalar qaydalara uyğun həyata keçirilib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub. Sənəddə vurğulanıb ki, nəzarət tədbirləri ilə əhatə olunan satınalma metodları tətbiq edilməklə keçirilən satınalmalar 1 mlrd. 612,4 mln. manat məbləğində olmaqla 2244 satınalma müqaviləsini əhatə edib, 2017-ci ilin iş planı əsasında həyatda keçirilən tədbirlərin nəticələri isə bir mənbədən satınalmaların xüsusi çəkisinin ümumi məbləğdə nəzərə çarparaq dərəcəyə malik olduğunu göstərir.

Satınalma metodu tətbiq edilməklə bağlanılan satınalma müqavilələrinin 59,4%-i tikinti, abadlıq və quruculuq işlərinin 34,1%-i malların alışının və 6,5%-i isə göstərilən xidmət və keçirilən tədbirlərin payına düşüb.

Nəzarət tədbirlərinin nəticələri ilə qurumlar tərəfindən ümumilikdə 55 halda ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilmədiyi, 113 halda tender komissiyasının fəaliyyətinin müvafiq qanunvericiliyə uyğun təşkil edilmədiyi, 6 halda iddiaçılar arasında qalibin düzgün müəyyənləşdirilmədiyi, 1 halda Prezident İlham Əliyevin 2016-cı il 15 sentyabr tarixli 1046 nömrəli fərmanı ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda idxal mallarının, işlərinin, xidmətlərinin satınalınması zərurəti yaranarsa, podratçı təşkilatlarla müqavilə imzalanmadan öncə həmin malların işlərin, xidmətlərin satınalınmasına dair nəzərdə tutulan müvafiq razılığın alınması tələbinin gözlənilmədiyi, 15 halda tender elanının məzmununun və tenderin əsas şərtlər toplusunun, satınalmalarda iddiaçı kimi çıxış edənlərdən nəzərdə tutulan qaydada maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının alınmadığı, 18 halda müqavilənin mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulduğu qaydada tərtib edilmədiyi, eləcə də 7 halda dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə məlumatların müəyyən edilən müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilmədiyi müəyyən edilib.

Qeyd edək ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində aparılan auditin nəticəsi olaraq Elmi Mərkəz tərəfindən 16 iyun 2017-ci il tarixində 27000 manat məbləğində təsərrüfat mallarının 29 iyun 2017-ci il tarixində isə 29011,5 manat məbləğində inventarların alınması məqsədilə keçirilən kotirovka sorğularının nəticələri üzrə məlumatların dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə görə, həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dövlət satınalmaları tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən iqtisadi təsnifatın yanacaq və sürtgü materiallarının alınması paraqrafından 2017-ci ilin iyul ayında avtonəqliyyat vasitələrinə 7000 manat məbləğində mühərrik yağlarının alınmasına büdcə vəsaitlərinin xərclənməsinə görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar