“Azərbaycan Dəmir Yolları”nın xərcləri kəskin artıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yük və sərnişin daşınması üzrə bəzi xərcləri kəskin artıb.

Bu barədə “Report” quruma istinadən xəbər verir.

Məlumata görə, 2017-ci ildə səhmdar cəmiyyət ona məxsus qatarların 1 km yük daşımasından 2016-cı ildə olduğu kimi orta hesabla 0,05 manat gəlir əldə edib, əvəzində 0,02 manat xərc çəkib. Yəni, göstəricilər dəyişməyib.

Bununla belə, hər qatarın 1 km yük daşıma xərci 10,3% artaraq 22,35 manata, hər vaqonun 1 km yük daşıma xərci isə 14,3% artaraq 0,08 manata çatıb.

Sərnişindaşımaya gəlincə isə, ADY ona məxsus qatarların 1 km sərnişin daşımasından əldə etdiyi gəlirin və çəkdiyi xərcin orta məbləğini açıqlamayıb. Yalnız o, məlumdur ki, ötən il hər qatarla 1 km sərnişin daşımaq quruma əvvəlki illə müqayisədə 2,4 dəfə baha – 35,27 manata başa gəlib. Bu göstərici oturacaq üzrə isə 2,75 dəfə artaraq 0,11 manat təşkil edib.

Ayrı-ayrı qatar növlərinə gəlincə isə, hər elektrik qatarı (qısa qatar) ilə 1 km sərnişin daşımanın xərci 2,1 dəfə artaraq 129,63 manat, hər sərnişin qatarı (uzun qatar) ilə 1 km sərnişin daşımanın xərci isə 2 dəfə artaraq 32,98 manat olub.

Bundan başqa, 2017-ci ildə ADY-nin yük daşıma xərclərində enerji xərclərinin payı 19%-dən 22%-ə yüksəlib, sərnişin daşıma xərclərində isə 38%-dən 28%-ə düşüb.

Ötən il səhmdar cəmiyyət dəmir yolu infrastrukturunun 1 km-nə 26 760 manat xərc pul qoyub ki, bu da əvvəlki ilə nisbətən 27,6% çoxdur. 2017-ci ildə hər lokomotin 1 km hərəkət etməsinin xərci isə 13,85% azalaraq 5,6 manata düşüb.

Lokomotiv parkından söz düşmüşkən, ötən il bu sahədə nasazlıq hallarının sayı 3,1 dəfə azalaraq 429 olub.

635x100

Şərhlər

t.ədalət 2018-05-10 16:45:30

Hansı sahədə ziyandan söhbət açılır,deməli həmin sahədə maya dəyəri xərcləri sünii surətdə artırılır.Məsələn,bir vaxtlar d/y-dan istifadəyə görə kürdlərin şirkəti olan "Kaspiantrans.Ko" daşıdığı neft yüklərinə görə illərlə pulu ödəməmişdi.Oİfisi Tbilisidə yerləşən bu şirkətə isə heç kim təsir edə bilmirdi.Deyəsən,heç borclarını da ödəmədi.Belə olanda,əlbəttə,ziyan artacaq.

Dəmiryolçu 2018-05-10 16:45:30

Çünki orada Cavid Qurbanov oturdulub.Bəs onun payı?

Mühəndis 2018-05-10 16:45:30

Sosialisт тəsərrüfaт sisтemi buraxıldıgından, minlərlə тon уük parтiуaları olmadıgından və operaтiv ehтibarlılıq cəhəтdən dəmir уollarına тələbaт hədsiz azalıb. Renтabelsiz olub! Уzun-uzadı уükləmə-boşalтma vasiтələri də xərcləri də çox olur.

məmmədqulu 2018-05-10 16:45:30

Artıb, yoxsa artırıblar?

Son yazılar